Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev və Tikinti Memarlıq Kommunal və İctimai Xidmət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Şahin Qulamov Şərur rayonunun Yuxarı Yaycı kəndində şəhid Babayev Babaxan Əlövsət oğlunun ailəsini ziyarət ediblər.
Şəhid Babaxan Babayevin xatirə guşəsi ilə tanışlıq zamanı şəhid atası bildirib ki, oğlum son nəfəsində “Biz ölmürük, şəhid oluruq” demişdi. Şəhidlik onun üçün ən müqəddəs zirvə idi. Babaxan sərbəst güləş üzrə üç dəfə Azərbaycan çempionu olmuşdu. Döyüşə marağı uşaq yaşlarından var idi. Oğlum qəhrəman kimi yaşadı, qəhrəman kimi şəhid oldu.
Şəhid Babaxan Babayev oktyabrın 17-də Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Sonda şəhid atası Əlövsət Babayevə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəxri fərmanı təqdim edilib.