Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Şərur Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən texnikalar vasitəsilə rayonunun Dəmirçi kəndi ərazisində olan qrunt sularının səviyyəsini aşağı salmaq və şoranlaşmanın qarşısını almaq məqsədilə kanallarda lildən və çöküntülərdən təmizləmə işləri aparılır.