image

Sirab kəndində subartezian su xəttinin yenilənməsi işləri davam etdirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Babək rayonunun Sirab kəndində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə subartezian su xəttinin yenilənməsi işləri davam etdirilir.

Hazırda həyata keçirilən işlər çərçivəsində istismar müddətini başa vurmuş aşağı təzyiqli su boruları sökülərək, onların yerinə yüksək möhkəmliyə malik, 8 atmosfer təzyiqə davamlı, diametri 90 millimetr olan yeni borular quraşdırılır. Layihəyə əsasən su xəttinin ümumilikdə 300 metrlik hissəsinin yenilənməsi nəzərdə tutulur.

Görülən işlər nəticəsində su təchizatı sisteminin etibarlılığı artırılacaq, su itkilərinin qarşısı alınacaq, kənd sakinlərinin fasiləsiz, təhlükəsiz və keyfiyyətli içməli su ilə təminatı daha da yaxşılaşdırılacaq.