Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Uzunoba su anbarından Şıxmahmud kəndinin əkin sahələrinə su aparan ana arxların lildən təmizlənməsi istiqamətində işlər aparılır. Görülən tədbirlər çərçivəsində arxın 1500 metr hissəsində təmizləmə işləri yekunlaşdırılıb, hazırda işlər davam etdirilir.