image

“Su həyat mənbəyidir. Sudan səmərəli və qənaətlə istifadə olunmalıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Su həyat mənbəyidir. Sudan səmərəli və qənaətlə istifadə olunmalıdır” mövzusunda Naxçıvan Qızlar Liseyində  maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Agentliyin əməkdaşları qlobal iqlim dəyişmələri, su böhranının fəsadları, muxtar respublikanın su ehtiyatları, sudan səmərəli və qənaətlə istifadə olunması, muxtar respublikada su təmizləyici qurğu kompleksləri haqqında ətraflı çıxış ediblər. Mövzu ətrafında şagirdlərlə müzakirə aparılıb, sudan səmərəli və qənaətlə istifadə olunması üçün onların təklifləri dinlənilib. Tədbir çərçivəsində təqdim olunan slaydlar və maarifləndici broşürlər vasitəsilə şagirdlərdə əyani təsəvvür yaradılıb. Maarifləndirmə tədbirlərinin muxtar respublikanın bir sıra ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulub.