image

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin yaradılması münasibətilə təqdimat mərasimi keçirilib

İyun ayının 18-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin yaradılması münasibətilə təqdimat mərasimi keçirilib.

Tədbir Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında baş tutub. Tədbiri giriş sözü ilə açan Xidmətin rəis müavini Tural Abbasov yeni bölmənin yaradılmasının əhəmiyyətindən danışaraq qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara ətraflı məlumat verib.

Təqdimat zamanı Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib, yeni yaradılan qurumun rəhbər heyətinə təyinatlar təqdim olunub. 14 saylı Naxçıvan Regional Bölməsinə Səttar Nəsirov rəis təyin edilib.

Tədbirdə həmçinin, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Şövqü Əliyev çıxış edərək yeni yaradılan qurumun region üçün əhəmiyyətindən bəhs ediblər və kollektivə uğurlar arzulayıblar.