Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun Zeyvə, Ərəbyengicə kəndlərinin mövcud suvarma arxlarında və Diadin kollektorunda lildən təmizləmə işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində suyun ötürmə qabiliyyəti bərpa olunub, əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün şərait yaradılıb.