image

Uzunluğu 10 km olan "Quru arx" kanalında lildən təmizləmə işləri davam etdirilir

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şahbuz rayon şöbəsi tərəfindən rayon ərazisində yerləşən uzunluğu 10 km olan "Quru arx" kanalında lildən təmizləmə işləri davam etdirilir. Görülən işlər çərçivəsində kanalın 1600 metri lil və çöküntülərdən təmizlənmiş, 570 metr məsafədə isə lilin hamarlanması işləri görülmüşdür.