Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Culfa rayon şöbəsi tərəfindən Gilançaydan qidalanan, Yaycı kəndinin əkin və həyətyanı sahələrini suvarma suyu ilə təmin edən, uzunluğu 13 kilometr olan "Bam" torpaq kanalının lildən və çöküntülərdən təmizlənməsi işləri aparılır. Görülən işlər çərçivəsində kanalın 4,2 kilometri lil və çöküntülərdən təmizlənib. Hal-hazırda işlər davam etdirilir və fevral ayının sonlarına qədər yekunlaşması nəzərdə tutulur.