Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Uzunoba su anbarından rayonun Xəlilli kəndi və Şıxmahmud kəndinə su aparan ana arxlarda lildən təmizləmə işləri aparılır. Görülən tədbirlər çərçivəsində arxın 9,99 kilometrlik hissəsi lil və çöküntülərdən təmizlənib. Təmizləmə işləri davam etdirilir.