Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Babək rayon şöbəsi tərəfindən Uzunoba su anbarından və Sağ sahil kanalından rayonun Xəlilli və Şıxmahmud kəndlərinə su aparan ara arxlarda lildən təmizləmə işləri davam etdirilir. Görülən tədbirlər çərçivəsində arxın 13.6 kilometrlik hissəsi lil və çöküntülərdən təmizlənib. Təmizləmə işləri davam etdirilir.