Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Malik Rzayev və Tikinti Memarlıq Kommunal və İctimai Xidmət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Şahin Qulamov Kəngərli rayonunun Xok kəndində şəhid İskəndərov Niyaməddin Qulu oğlunun ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhid Niyaməddin İskəndərovun xatirə guşəsi ilə tanış olunub. Oğlunun keçdiyi şərəfli döyüş yolundan bəhs edən şəhid valideynləri bildiriblər ki, Vətən müharibəsi başlayanda Niyaməddinin sevincinin həddi-hüdudu yox idi. O, çoxdankı arzusuna çatırdı. Bu gün oğlumun ruhu şaddır. Çünki o uğrunda yaşadığı Vətəninin haqq savaşında qəhrəmanlıqla şəhid olub, Vətən borcunu yerinə yetirib. Niyaməddinin iki övladı yadigar qalıb. Onlar da ataları ilə fəxr edirlər. Bizə haqq savaşında Zəfər qazandıran Müzəffər Ali Baş Komandana, güclü Azərbaycan Ordusuna, canını fəda edən şəhidlərimizə, qəhrəmanlıqla döyüşən qazilərimizə minndətdarıq.
Sonda şəhid atası Qulu İskəndərova Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəxri fərmanı təqdim edilib.