Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi və tabe idarələrinin kollektivləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik keçiriblər. İməcilik zamanı ağacların quru budaqları budanıb, alaq otları təmizlənib, ağacların gövdələri ağardılıb və ərazi suvarılıb.