image

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Kəngərli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Xok kəndi ərazisində magistral yolunun sol tərəfində yerləşən meyvə bağında iməcilik keçirilib. İməcilik zamanı ağacların quru budaqları budanıb, alaq otları təmizlənib və ağacların gövdələri ağardılıb.