image

"Yeddi kənd" suvarma arxında lildən təmizləmə işləri aparılır

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayonun Xanlıqlar, İbadulla, Qışlaqabbas və Yuxarı Daşarx kəndlərindən keçən "Yeddi kənd" suvarma arxında lildən təmizləmə işləri aparılır. 
Ümumi uzunluğu 17 km olan arxın Qışlaqabbas kəndi ərazisindən keçən hissəsində yığılan lil və çöküntülərin aradan qaldırılması məqsədilə 3,18 km məsafədə lildən təmizləmə işləri həyata keçirilmişdir. Aparılan təmizləmə işləri nəticəsində suyun maneəsiz axını təmin olunmuş, suvarma şəbəkəsinin fəaliyyəti yaxşılaşdırılmış və əkin sahələrinin su ilə təminatında yaranan çətinliklər aradan qaldırılmışdır.