image

Yeni  Havuş kəndində yeni suvarma su xəttinin çəkilişinə başlanılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Şərur rayonunun Yeni  Havuş kəndində suvarma su təminatının daha da yaxşılaşdırılması məqsədilə yeni suvarma su xəttinin çəkilişinə başlanılıb. Diametri 200 mm olan borularla çəkilən xəttin ümumi uzunluğu 750 metrdir.