Culfa rayonunun Əbrəqunus və Bənəniyar kəndlərində əhalinin su təminatının yaxşılaşdırılması üçün həyata keçirilən layihələr yekunlaşmaq üzrədir. Görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Culfa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonunun Əbrəqunus və Bənəniyar kəndlərində yeni subartezian quyuları işə salınıb. Belə ki, Əbrəqunus kəndində işə salınan subartezian quyusu vasitəsilə 101 ev, Bənəniyar kəndində istifadəyə verilən subartezian quyusu vasitəsilə 34 ev içməli su ilə təmin edilib.