8 Noyabr - Zəfər Günü münasibətilə Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi Naxçıvan şəhərində ucaldılmış Zəfər Abidəsini ziyarət ediblər. Ziyarət zamanı Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılıb, abidənin önünə gül dəstələri düzülüb.