Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şərur rayon şöbəsi tərəfindən rayon ərazisində suvarma infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlər çərçivəsində Zeyvə–Düdəngə suvarma arxlarında təmizləmə işləri həyata keçirilmişdir.
Ümumi uzunluğu 12 km olan suvarma arxlarında yığılan lil və çöküntülərin aradan qaldırılması məqsədilə 1,1 km məsafədə təmizləmə işləri aparılmışdır. Bu işlər nəticəsində suyun axını bərpa olunmuş, suvarma prosesində yaranan maneələr aradan qaldırılmışdır. Arx vasitəsilə rayonun Zeyvə kəndinin həyətyanı və əkin sahələrinin su təminatı həyata keçirilir.