Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq aprel ayı ərzində kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilmiş, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin aprel ayının sonuna 150.13 mln m3 su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə aprel ayı ərzində 20.13 mln m3 su verilmiş, bunun müqabilində 16 min 343 ha torpaq sahəsi suvarılmışdır.
2023-cü ilin aprel ayı ərzində 20.29 km beton və torpaq kanal, 26.23 km ara arxlar, 3.81 km kollektor lildən təmizlənmiş, 0.12 km içməli su, 0.03 km kanalizasiya xətti, 0.01 km suvarma boru xətti çəkilmiş, 2.89 km mövcud içməli su xətlərində, 0.4 km kanalizasiya xətlərində, 5.4 km suvarma boru xətlərində, 2.61 km təzyiqli boru xətlərində, 0.54 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 4.95 km, rayon kəndlərinin ara arxlarında 2.7 km, Babək rayonunda kanallarda 2.74 km, kəndlərin ara arxlarında 4.64 km, Şahbuz rayonunda kanallarda 0.1 km, kəndlərin ara arxlarında 4.79 km, Culfa rayonunda kanallarda 7.3 km, Ordubad rayonunda kanallarda 4.5 km, kəndlərin ara arxlarında 8.4 km, Sədərək rayonunda kanallarda 0.7 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 5.2 km, Naxçıvan şəhəri ərazisində isə ara arxlarda 0.5 km lildən təmizləmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Xələc kollektorunda 0.8 km, Ərəbyengicə kollektorunda 0.5 km, Babək rayonunda Çeşməbasar kollektorunda 2.3 km, Vayxır kollektorunda isə 0.21 km lildən təmizləmə işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunda 15 ha, Babək rayonunda isə 75.3 ha olmaqla, ümumillikdə, 90.3 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0.12 km içməli su xətti çəkilmiş, Şərur rayonunda 0.85 km, Babək rayonunda 0.77 km, Culfa rayonunda 0.37 km, Ordubad rayonunda isə 0,9 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunda Cəhri qəsəbə kaptajında 150 m, Şahbuz rayonunda İşgəsu kaptajında 60 m, Sələsüz kənd kaptajında 20 m, Culfa rayonunda Camaldın kənd kaptajında 60 m, Culfa şəhər kaptajında 40 m, Ordubad rayonunda Xanağa kənd kaptajında 10 m, Vənənd kənd kaptajında 100 m, Yuxarı Əndəmic kənd kaptajında isə 100 m təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Şəkərabad kəndində 14 m, Babək şəhərində isə 12 m yeni kanalizasiya xətti çəkilmiş, Ordubad şəhərində isə mövcud kanalizasiya xətlərinin 400 m hissəsində təmir işləri aparılmışdır.
Suvarma mövsümünə hazırlıq məqsədilə yeni suvarma boru xətti çəkilmiş, təmirə ehtiyacı olan suvarma boru xətlərində isə təmir-bərpa işləri aparılmışdır. Babək rayonunun Nehrəm qəsəbəsində 10 m yeni suvarma boru xətti çəkilmiş, Şərur rayonunda 2250 m, Babək rayonunda 645 m, Şahbuz rayonunda 340 m, Ordubad rayonunda 200 m, Sədərək rayonunda 50 m, Kəngərli rayonunda isə 910 m suvarma boru xətləri təmir olunmuşdur.
Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində Uzunoba gölü yaxınlığında olan terraslarda salınmış yaşıllıq zolaqlarının suvarma boru xətlərində 1 km təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində əsaslı təmir işləri başa çatdırılmışdır. Şərur rayonunda “Zeyvə-1”, “Zeyvə-2”, “Həmzəli-2”, “Oğlanqala”, “Günəşli” və “Kərimbəyli-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 1.52 km, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Qoşadizə”, “Hacıvar” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0.20 km, Şahbuz rayonunda “Naxçıvani”, “Daylaqlı” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0.09 km, Culfa rayonunda “Culfa-1” nasos stansiyasının və Bənəniyar su anbarının təzyiqli boru xətlərində 0.4 km, Ordubad rayonunda “Dəstə-2” nasos stansiyasının təzyiqli boru xəttində 0.3 km, Kəngərli rayonunda “Şahtaxtı”, “Qıvraq-2”, “Qıvraq-1” və “4№-li” nasos stansiyalarının təzyiqli boru xəttində 0.05 km, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0.05 km təmir-bərpa işləri aparılmışdır.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla 50 ədədi təmir olunmuşdur. Bundan əlavə, Culfa rayonunun Bənəniyar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 1 ədəd əks klapan, 14 ədəd su sayğacı təmir edilmiş, 94 ədəd nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 30 evin içməli su xəttinə və 12 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Aprel ayı ərzində 2 dəfə Naxçıvan Televiziyası verilişlərində, 1 dəfə Naxçıvan Dövlət Radiosunda müsahibə və çıxışlar verilmiş, Şərq qapısı və rayon qəzetlərində isə 3 məqalə və statistik hesabat tipli xəbər dərc olunmuşdur.