Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin avqust ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin avqust ayının sonuna 77,97 mln m3 su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə avqust ayı ərzində 17,12 mln m3 su verilmiş, bunun müqabilində 14 min 93 ha torpaq sahəsi suvarılmışdır.
2023-cü ilin ötən ayı ərzində 9,4 km beton və torpaq kanallar, 16,13 km ara arxlar, 3,2 km kollektor lildən təmizlənmiş, 1,72 km içməli su, 0,2 km kanalizasiya xətləri çəkilmiş, 5,99 km mövcud içməli su xətlərində, 0,12 km kanalizasiya xətlərində, 2 km suvarma boru xətlərində, 1,41 km təzyiqli boru xətlərində, 0,83 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 8,2 km, kəndlərin ara arxlarında 1,15 km, Babək rayonunda kanallarda 0,4 km, kəndlərin ara arxlarında 3,29 km, Şahbuz və Ordubad rayonlarında kəndlərin ara arxlarında müvafiq olaraq 0,21, 9,4 km, Sədərək rayonunda kanallarda 0,7 km, kəndlərin ara arxlarında 0,5 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 0,88 km, Naxçıvan şəhəri ərazisində kanallarda 0,1 km, ara arxlarda isə 0,7 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 3,2 km lildən təmizləmə işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunda 38 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,31 km, Şahbuz rayonunda 0,11 km, Ordubad rayonunda 1,3 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 3,79 km, Babək rayonunda 0,41 km, Şahbuz rayonunda 0,82 km, Culfa rayonunda 0,38 km, Ordubad rayonunda isə 0,6 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Payız kənd kaptajında 60 m, Cəhri kənd kaptajında 70 m, Gülşənabad kənd kaptajında 40 m, Nehrəm qəsəbəsinin Əlincəçayda yerləşən kaptajında 50 m, Culfa rayonunda Ərəzin kənd kaptajında 150 m, Culfa şəhər kaptajında 60 m, Yaycı kənd kaptajında 60 m, Göydərə kənd kaptajında 30 m, Ordubad rayonunda Vənənd kənd kaptajında 100 m, Dəstə kənd kaptajında 200 m, Unus kənd kaptajında isə 10 m təmir-bərpa işləri aparılmışdir. Ümumilikdə, kaptajların Babək rayonunda 220 m, Culfa rayonunda 300 m, Ordubad rayonunda isə 310 m hissəsində təmir işləri yerinə yetirilmişdir.
Babək şəhərində 60 m, Şahbuz şəhərində 138 m yeni kanalizasiya xətti çəkilmiş, Babək şəhərində mövcud kanalizasiya xətlərinin 24 m, Ordubad şəhərində isə kanalizasiya xətlərinin 100 m hissəsində təmir işləri aparılmışdır.
Suvarma mövsümünü səmərəli keçirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində cari təmir işləri aparılmışdır. Şərur rayonunda 65 m, Culfa rayonunda 160 m, Sədərək rayonunda 50 m, Kəngərli rayonunda isə 220 m suvarma boru xətləri təmir olunmuşdur.
Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 1.5 km mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Xələc”, “Həmzəli-2”, “Qorçulu”, “Arpaçay-1”, “Arpaçay-2”, “Ərəbyengicə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,57 km, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Hacıvar”, “Nehrəm”, “Yarımca” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,18 km, Şahbuz rayonunda “Daylaqlı”, “Əcəmi-1”, “Əcəmi-2”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,13 km, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 km, Ordubad rayonunda “Əylis-3” nasos stansiyasının təzyiqli boru xəttində 0,2 km, Sədərək rayonunda “Sədərək-0”, “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 km, Kəngərli rayonunda “Şahtaxtı” və Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyalarının hər birinin təzyiqli boru xətlərində isə 0,05 km təmir-bərpa işləri aparılmışdır.
Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının 8300 ha torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün "Qaraçuq-1" nasos stansiyası ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi davam etdirilmişdir. Nasos stansiyanın döşəməsinə beton verilməsi üçün qəliblərin qurulmasına, elektrik binasının dam örtüyünün vurulmasına, körpülü kranın quraşdırılması üçün müvafiq işlərin görülməsinə başlanılmışdır.
2023-cü ilin avqust ayı ərzində 5 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 465 m kürə təmizlənmiş, 14.5 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 9 ədədinə yeni nasos quraşdırılmaqla 85 ədədi təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Cəhri qəsəbəsində 1 subartezian quyusu tikilərək istifadəyə verilmişdir.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 7 ədəd su sayğacı, 1 ədəd nasos rotoru, 20 ədəd nasos hissəsi təmir edilmişdir.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 26 evin içməli su xəttinə, 129 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Avqust ayı ərzində 2 dəfə Naxçıvan Televiziyasına, 1 dəfə Naxçıvan Dövlət Radiosuna müsahibə verilmiş, Şərq qapısı qəzetində 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.