Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq fevral ayı ərzində kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işlərinə başlanılmış, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
Muxtar respublika ərazisində olan su anbarlarına 2023-cü ilin fevral ayı ərzində su ehtiyatının toplanılması işləri davam etdirilmiş və ayın sonuna sututarlara 95.11 mln. m3 su yığılmışdır.
2023-cü ilin fevral ayı ərzində 0,3 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 16.2 km beton və torpaq kanal, 23.62 km ara arxlar, 1.9 km kollektor lildən təmizlənmiş, 0.5 km içməli su xətti çəkilmiş, 0.9 km yeni kaptaj tikilmiş, 1.51 km mövcud içməli su xətlərində, 0,11 km kanalizasiya xətlərində, 0.05 km suvarma boru xətlərində, 0.39 km təzyiqli boru xətlərində, 0.16 km kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 1.25 km, rayon kəndlərinin ara arxlarında isə 2.25 km, Babək rayonunda kanallarda 1.43 km, kəndlərin ara arxlarında 11.70 km, Şahbuz rayonunda kanallarda 2.12 km kəndlərin ara arxlarında 3.46 km, Culfa rayonunda kanallarda 10.9 km, rayon kəndlərinin ara arxlarında isə 1.9 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 4.1 km, Sədərək rayonunda kanallarda 0.5 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 0.06 km, Naxçıvan şəhəri ərazisində isə 0.15 km ara arxlarında lildən təmizləmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Kəngərli rayonu ərazisində mövcud olan sututarlarda lildən təmizləmə işləri aparılmışdır.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Xələc kollektorunda 1.9 km lildən təmizlənmə işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunda 22 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur rayonunda Axura selovunda 0,3 km seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,5 km içməli su xətti çəkilmiş, Şərur rayonunda 0.15 km, Babək rayonunda 0.54 km, Culfa rayonunda 0,12 km, Ordubad rayonunda isə 0,7 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunun Tənənəm kəndinin suvarma boru xətlərini qidalandıran, uzunluğu 86 m yeni kaptaj tikilmiş, Babək rayonunda Nehrəm qəsəbə kaptajında 30 m, Gülşənabad kənd kaptajında 50 m, Xalxal kəndinin kaptajında 50 m, Culfa rayonunda Bənəniyar kənd kaptajında isə 25 m təmir-bərpa işləri aparılmışdir.
Babək rayonunun Şəkərabad kəndində 12 m, Ordubad şəhərində 100 m kanalizasiya xətti təmir olunmuşdur.
Suvarma mövsümə hazırlıq məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.Babək rayonunda 26 m, Culfa rayonunda isə 20 m suvarma boru xətləri təmir olunmuşdur.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari və əsaslı təmir işləri davam etdirilmişdir. Şahbuz rayonunda “Daylaqlı” nasos stansiyası və Kolanı kəndində subartezian quyusunun təzyiqli boru xətlərində 0.22 km, Culfa rayonunda “Culfa-1” nasos stansiyası və Culfa şəhər içməli su xəttinin təzyiqli boru xətlərində 0.13 km, Naxçıvan şəhəri ərazisində olan “Qaraçuq-1” nasos stansiyasının təzyiqli boru xəttində isə 0.04 km təmir-bərpa işləri aparılmışdır.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla 36 ədədi təmir olunmuşdur. Bundan əlavə, Culfa rayonunun Bənəniyar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusunun tikintisinə başlanılmışdır.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 2 ədəd nasos rotoru, 15 ədəd su sayğacı təmir edilmiş, 50 ədəd nasos hissəsi hazırlanmışdır.