Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq mart ayı ərzində kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilmiş, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
Muxtar respublika ərazisində olan su anbarlarına 2023-cü ilin mart ayı ərzində su ehtiyatının toplanılması işləri davam etdirilmiş və ay ərzində sututarlara 26.82 mln. m3 su yığılmışdır.
2023-cü ilin mart ayı ərzində 0.2 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 27.65 km beton və torpaq kanal, 21.9 km ara arxlar, 2.2 km kollektor lildən təmizlənmiş, 0.23 km içməli su, 0.11 km kanalizasiya xətti çəkilmiş, 1.22 km mövcud içməli su xətlərində, 0,22 km kanalizasiya xətlərində, 4.77 km suvarma boru xətlərində, 5.51 km təzyiqli boru xətlərində, 0.12 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 2.25 km, rayon kəndlərinin ara arxlarında 2.5 km, Babək rayonunda kanallarda 6.9 km, kəndlərin ara arxlarında 3.5 km, Şahbuz rayonunda kanallarda 1.5 km, kəndlərin ara arxlarında 4.2 km, Culfa rayonunda kanallarda 13.8 km, Ordubad rayonunda kanallarda 2.5 km, kəndlərin ara arxlarında 8 km, Sədərək rayonunda kanallarda 0.7 km, kəndlərin ara arxlarında 0.3 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 1.9 km, Naxçıvan şəhəri ərazisində isə ara arxlarda 1.5 km lildən təmizləmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Xələc kollektorunda 2.2 km lildən təmizləmə işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunda 26 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur rayonunda Axura selovunda 0,2 km seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0.23 km içməli su xətti çəkilmiş, Şərur rayonunda 0.22 km, Babək rayonunda 0.05 km, Culfa rayonunda 0.35 km, Ordubad rayonunda isə 0,6 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Culfa rayonunda Əbrəqunus kənd kaptajında 20 m, Ordubad rayonunda Xanağa kənd kaptajında isə 100 m təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Xəlilli kəndində 108 m yeni kanalizasiya xətti çəkilmiş, Babək rayonunun Şıxmahmud, Araz kəndlərində və Babək şəhərində 21 m, Ordubad şəhərində isə 200 m uzunluğunda mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Suvarma mövsümünə hazırlıq məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Şərur rayonunda 4500 m, Babək rayonunda 18 m, Şahbuz rayonunda 30 m, Culfa rayonunda 100 m, Kəngərli rayonunda isə 120 m suvarma boru xətləri təmir olunmuşdur.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari və əsaslı təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Kərimbəyli-1”, “Qorçulu” və “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 1.4 km, Babək rayonunda “Araz-1”, “Araz-2” nasos stansiyalarının təzyiqli boru xətlərində 3.06 km, Şahbuz rayonunda “Yeni”, “Əcəmi-2”, “Mahmudoba” nasos stansiyalarının və Badamlı, Külüs kəndlərində subartezian quyularının təzyiqli boru xətlərində 0.17 km, Culfa rayonunda “Culfa-1”, “Yaycı-1”, “Yaycı-3” və “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərində 0.49 km, Ordubad rayonunda “Dəstə-2” nasos stansiyasının təzyiqli boru xəttində 0.2 km, Sədərək rayonunda “Sədərək-1” və “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0.13 km, Kəngərli rayonunda “Şahtaxtı” nasos stansiyasının təzyiqli boru xəttində 0.02 km, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0.04 km təmir-bərpa işləri aparılmışdır.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4 ədədinə yeni nasos quraşdırılmaqla 42 ədədi təmir olunmuşdur. Bundan əlavə, Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 2 ədəd nasos rotoru, 15 ədəd su sayğacı təmir edilmiş, 54 ədəd nasos hissəsi və 1 ədəd siyirtmənin başlıq hissəsi hazırlanmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Mart ayı ərzində 1 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində isə 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.