2023-cü ilin may ayı ərzində görülən işlər haqqında məlumat

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin may ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.

Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin may ayının sonuna 128.71 mln m3  su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə may ayı ərzində 56.43 mln m3 su verilmiş, bunun müqabilində 45 min 515 ha torpaq sahəsi suvarılmışdır.

2023-cü ilin may ayı ərzində 2,35 km istiqamətləndirici bənd, 13,45 km beton və torpaq kanal, 27,92 km ara arxlar, 1,3 km kollektor lildən təmizlənmiş, 3,16 km içməli su, 0,01 km kanalizasiya, 0,08 km kaptaj xətləri çəkilmiş, 1,16 km mövcud içməli su xətlərində, 0,2 km kanalizasiya xətlərində, 28,64 km suvarma boru xətlərində, 3,09 km təzyiqli boru xətlərində, 1,46 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.

Şərur rayonunda kanallarda 4,1 km, rayon kəndlərinin ara arxlarında 4,5 km, Babək rayonunda kanallarda 1,5 km, kəndlərin ara arxlarında 4,87 km, Şahbuz rayonunda kanallarda 0,4 km, kəndlərin ara arxlarında 4,2 km, Culfa rayonunda kanallarda 0,65 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 10,5 km, Sədərək rayonunda kanallarda 0,8 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 0,85 km, Naxçıvan şəhəri ərazisində kanallarda 6 km, ara arxlarda isə 3 km lildən təmizləmə işləri aparılmışdır.

Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Xələc kollektorunda 1,2 km, Sədərək rayonunda Heydərabad-Şirarxı kollektorunda isə 0,1 km lildən təmizləmə işləri aparılmışdır.

Görülən işlər nəticəsində Şərur rayonunda 14 ha, Sədərək rayonunda isə 0,2 ha olmaqla, ümumillikdə, 14,2 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Zeynəddin selovunda 2 km, Naxçıvan çayda 0,2 km, Cəhri çayında isə 0,15 km olmaqla, ümumilikdə, 2,35 km seləqarşı istiqamətləndirici bənd tikilmişdir.

 Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,96 km, Ordubad rayonunda 2,2 km içməli su xətti çəkilmiş, Şərur rayonunda 0,16 km, Babək rayonunda 0,15 km, Şahbuz rayonunda 0,09 km, Culfa rayonunda 0,06 km, Ordubad rayonunda 0,4 km, Kəngərli rayonunda isə 0,3 km  mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.

Babək rayonunda Nehrəm qəsəbəsinin Əlincəçayda yerləşən kaptajında 100 m, Kültəpə kənd kaptajında 700 m, Cəhri qəsəbə kaptajında 300 m, Payız kənd kaptajında 100 m, Culfa rayonunda Ərəzin kənd kaptajında 42 m, Culfa şəhər kaptajında 60 m, Milax kənd kaptajında 30 m, Kırna kənd kaptajında 32 m, Ordubad rayonunda Vənənd kənd kaptajında isə 100 m təmir-bərpa işləri aparılmışdir. Culfa rayonunda Camaldın kənd kaptajının uzunluğu 78 m artırılmışdır.

Babək şəhərində 12 m yeni kanalizasiya xətti çəkilmiş, Ordubad şəhərində isə mövcud kanalizasiya xətlərinin 200 m hissəsində təmir işləri aparılmışdır.

Suvarma mövsümünü səmərəli keçirmək məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində cari təmir işləri aparılmışdır. Şərur rayonunda 5,8 km, Şahbuz rayonunda 0,07 km, Culfa rayonunda 0,32 km, Sədərək rayonunda 0,07 km, Kəngərli rayonunda isə 0,23 km suvarma boru xətləri təmir olunmuşdur.

Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 21,75 km, Naxçıvan şəhər ərazisində isə 0,4 km olmaqla, ümumilikdə, 22,15 km mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Həmzəli-1”, “Həmzəli-2”, “Qorçulu”, “Kərimbəyli-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,84 km, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Cəhri-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 km, Şahbuz rayonunda “Naxçıvani”, “Daylaqlı”, “Əcəmi-1”, “Əcəmi-2”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,15 km, Culfa rayonunda Culfa şəhər içməli su xətlərinin və Bənəniyar su anbarının təzyiqli boru xətlərində 0,16 km, Ordubad rayonunda “Əylis-3” nasos stansiyasının təzyiqli boru xəttində 1,5 km, Sədərək rayonunda “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,07 km, Kəngərli rayonunda “Qıvraq-1” və “4№-li” nasos stansiyalarının təzyiqli boru xəttində 0,17 km, Naxçıvan şəhəri ərazisində olan “Qaraçuq-2”, “Sərhəd diviziyası” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,08 km təmir-bərpa işləri aparılmışdır.

2023-cü ilin may ayı ərzində 4 kəhrizdə cari təmir işləri yerinə yetirilmişdir. Quyularda 50 m təmizləmə işləri aparılmış, 55 m kürə lildən təmizlənmiş, 3 m saybənd hörülmüşdür.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 7 ədədinə yeni nasos quraşdırılmaqla 64 ədədi təmir olunmuşdur. Bundan əlavə, Culfa rayonunun Bənəniyar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd subartezian quyusu istifadəyə verilmişdir.

Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexi tərəfindən 3 ədəd nasos rotoru, 1 ədəd elektrik mühərriki təmir edilmiş, 30 ədəd nasos hissəsi hazırlanmışdır.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin  yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 29 evin içməli su xəttinə və 54 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. May ayı ərzində 3 dəfə Naxçıvan Televiziyası verilişlərinə, Şərq qapısı və rayon qəzetlərinə isə 2 müsahibə və 1 statistik hesabat tipli xəbər təqdim olunmuşdur.