Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin oktyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin oktyabr ayının sonuna 71,96 mln m3 su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə oktyabr ayı ərzində 5,67 mln m3 su verilmiş, bunun müqabilində 4 min 602 ha torpaq sahəsi suvarılmışdır.
2023-cü ilin ötən ayı ərzində 17,31 km beton və torpaq kanallar, 16,39 km ara arxlar, 2,9 km kollektor lildən təmizlənmiş, 10,24 km içməli su, 0,08 km kanalizasiya xətləri çəkilmiş, 0,13 km yeni kaptaj tikilmiş, 2,59 km mövcud içməli su xətlərində, 0,41 km suvarma boru xətlərində, 1,14 km təzyiqli boru xətlərində, 0,45 km kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 11,4 km, kəndlərin ara arxlarında 1,3 km, Şahbuz rayonunda kanallarda 0,11 km, kəndlərin ara arxlarında 0,19 km, Sədərək rayonunda kanallarda 1,3 km, kəndlərin ara arxlarında 0,4 km, Babək, Ordubad, Kəngərli rayonlarında kəndlərin və Naxçıvan şəhəri ərazisində mövcud olan ara arxlarında müvafiq olaraq 9,9, 3,8, 0,5 və 0,3 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Püsyan kollektorunda 1,8 km, Muğanlı kollektorunda 0,4 km, Qorçulu kollektorunda isə 0,7 km olmaqla, cəmi 2,9 km kollektorlarda lildən təmizləmə işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunun 34 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,08 km, Ordubad rayonunda 0,8 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 1,51 km, Babək rayonunda 0,46 km, Şahbuz rayonunda 0,02 km, Culfa rayonunda 0,21 km, Ordubad rayonunda 0,31 km, Kəngərli rayonunda isə 0,08 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, Bəbək rayonunun Sirab kəndində yeni qazılmış subartezian quyusundan supaylayıcı qurğuya qədər çəkiləcək xəttin 3100 m hissəsi quraşdırılmışdır. Güznüt kəndində 3066 m mövcud içməli su xətti yenilənərək, Culfa rayonunda isə yeni tikilmiş Teyvaz kənd kaptajından 3200 m uzunluğunda suaparıcı xətt çəkilərək istifadəyə verilmişdir.
Culfa rayonunun Teyvaz kəndində 90 m uzunluğunda yeni kaptaj tikilmiş, Əlincə kənd kaptajının isə uzunluğu 40 m artırılmışdır. Babək rayonunun Aşağı Buzqov kənd kaptajında 35 m, Xalxal kənd kaptajında 120 m olmaqla, cəmi 155 m, Şahbuz rayonunun Ayrınc kənd kaptajında 70 m, Culfa rayonunun Əlincə kənd kaptajında 120 m, Ordubad rayonunun Dəstə kənd kaptajında isə 100 m təmir-bərpa işləri aparılmışdır.
Babək şəhərində 76 m yeni kanalizasiya xətti çəkilmişdir.
Suvarma mövsümünü səmərəli keçirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində cari təmir işləri aparılmışdır. Şahbuz və Culfa rayonlarının hər birində 0,01 km, Kəngərli rayonunda isə 0,39 km suvarma boru xətləri təmir olunmuşdur.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Muğanlı”, “Qorçulu”, “Ərəbyengicə” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,33 km, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Nehrəm”, “Nehrəm kənd”, “Hacıvar” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,24 km, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Mahmudoba” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,11 km, Culfa rayonunda “Yaycı-1”, “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının, Bənəniyar su anbarının təzyiqli boru xətlərində 0,28 km, Kəngərli rayonunda “Şahtaxtı” nasos stansiyasının təzyiqli boru xəttində 0,13 km, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttində isə 0,06 km təmir-bərpa işləri aparılmışdır.
2023-cü ilin oktyabr ayı ərzində 3 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 410 m kürə təmizlənmiş, 6 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 13 ədədinə yeni nasos quraşdırılmış, 57 ədədi isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Gülşənabad kəndində su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusu tikilərək istifadəyə verilmişdir.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd nasos rotoru, 7 ədəd su sayğacı təmir olunmuşdur.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 26 evin içməli su xəttinə, 146 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Oktyabr ayı ərzində 4 dəfə Naxçıvan Televiziyasına, 1 dəfə Naxçıvan Radiosuna müsahibə verilmiş, Şərq qapısı qəzetində isə 2 statistik hesabat tipli xəbər dərc olunmuşdur.