Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin sentyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Cəmiyyətin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, anbarlara suyun yığılması davam etdirilmiş, suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2023-cü ilin sentyabr ayının sonuna 70,47 mln m3 su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə sentyabr ayı ərzində 8,32 mln m3 su verilmiş, bunun müqabilində 6 min 779 ha torpaq sahəsi suvarılmışdır.
2023-cü ilin ötən ayı ərzində 14,06 km beton və torpaq kanallar, 17,12 km ara arxlar, 2,9 km kollektor lildən təmizlənmiş, 1,96 km içməli su, 0,19 km kanalizasiya xətləri çəkilmiş, 5,95 km mövcud içməli su xətlərində, 0,03 km kanalizasiya xətlərində, 2,16 km suvarma boru xətlərində, 1,59 km təzyiqli boru xətlərində, 0,27 km kaptajlarda, 0,22 km isə açıq drenajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 12,85 km, kəndlərin ara arxlarında 2,15 km, Babək rayonunda kanallarda 0,16 km, kəndlərin ara arxlarında 7,49 km, Şahbuz, Ordubad və Kəngərli rayonlarında kəndlərin ara arxlarında müvafiq olaraq 0,21, 5,1, 2,1 km, Culfa və Sədərək rayonlarında kanallarda müvafiq olaraq 0,3, 0,5 km, Naxçıvan şəhəri ərazisində kanallarda 0,25 km, ara arxlarda isə 0,07 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmiş, açıq drenajlarda təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda Püsyan kollektorunda 2,9 km lildən təmizləmə, Babək rayonunun Yarımca kəndində 0,16 km, Badaşqan kəndində isə 0,06 km olmaqla, cəmi 0,22 km açıq drenaj xətlərində təmir-bərpa işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunun 35 ha, Babək rayonunun isə 4,4 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,94 km, Şahbuz rayonunda 0,22 km, Ordubad rayonunda 0,8 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 1,68 km, Babək rayonunda 2,94 km, Şahbuz rayonunda 0,09 km, Culfa rayonunda 0,44 km, Ordubad rayonunda 0,6 km, Kəngərli rayonunda isə 0,21 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, Bəbək rayonunun Sirab kəndində yeni qazılmış subartezian quyusundan supaylayıcı qurğuya qədər çəkiləcək xəttin 900 m hissəsi quraşdırılmış, Güznüt kəndində isə mövcud içməli su xəttinin yenidən çəkilməsi işlərinə başlanılmışdır.
Babək rayonunun Payız kənd kaptajında 150 m, Culfa şəhər kaptajında 80 m, Milax kənd kaptajında 12 m, Göydərə kənd kaptajında 30 m təmir-bərpa işləri aparılmışdir. Ümumilikdə, kaptajların Babək rayonunda 150 m, Culfa rayonunda 122 m hissələrində təmir işləri yerinə yetirilmişdir.
Babək şəhərində 28 m, Şahbuz şəhərində 162 m yeni kanalizasiya xətti çəkilmiş, Babək şəhərində mövcud kanalizasiya xətlərinin 22 m, Ordubad şəhərində isə kanalizasiya xətlərinin 10 m hissəsində təmir işləri aparılmışdır.
Suvarma mövsümünü səmərəli keçirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində cari təmir işləri aparılmışdır. Şərur rayonunda 1,28 km, Şahbuz rayonunda 0,02 km, Culfa rayonunda 0,13 km, Sədərək rayonunda 0,08 km, Kəngərli rayonunda isə 0,55 km suvarma boru xətləri təmir olunmuşdur.
Yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 0.1 km mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “S.Vurğun”, “Qarahəsənli”, “Qorçulu”, “Dərəkənd” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,87 km, Babək rayonunda “Araz-1”, “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,07 km, Şahbuz rayonunda “Daylaqlı”, “Şahbuzkənd”, “Yeni” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərində 0,09 km, Culfa rayonunda “Culfa-1”, “Gülüstan” nasos stansiyalarının, Bənəniyar su anbarının təzyiqli boru xətlərində və Culfa şəhər içməli su xəttinin təzyiqli boru xətlərində 0,25 km, Sədərək rayonunda “Sədərək-1”, “Sədərək-2”, “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,07 km, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 km, Naxçıvan şəhəri ərazisində olan “Azərbaycan”, “Qaraçuq-1”, “Sərhəd dəstəsi”, “Y.Cabbarov” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,11 km təmir-bərpa işləri aparılmışdır.
2023-cü ilin sentyabr ayı ərzində 4 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 647 m kürə təmizlənmiş, 16 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla 47 ədədi təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Sirab kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 subartezian quyusunun qazıntı işləri başa çatdırılmışdır.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 3 ədəd nasos rotoru, 1 ədəd vakuum nasosu, 8 ədəd su sayğacı təmir olunmuş, 111 ədəd nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 41 evin içməli su xəttinə, 118 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Sentyabr ayı ərzində 1 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində isə 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.