Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq yanvar ayı ərzində kanallarda, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işlərinə başlanılmış, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
Muxtar respublika ərazisində olan su anbarlarına 2023-cü ilin yanvar ayı ərzində su ehtiyatının toplanılması işləri davam etdirilmiş və ayın sonuna sututarlara 79.19 mln. m3 su yığılmışdır.
2023-cü ilin yanvar ayı ərzində 0,5 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 7.55 km beton və torpaq kanal, 17.16 km ara arxlar, 1,6 km kollektor lildən təmizlənmiş, 0.26 km içməli su xətti, 0,07 km kanalizasiya xətti çəkilmiş, 1.06 km mövcud içməli su xətlərində, 0,1 km kanalizasiya xətlərində, 0,75 km suvarma boru xətlərində, 0.57 km təzyiqli boru xətlərində, 0.16 km kaptajlarda, 0.1 km açıq drenaj kanalında təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 2 km, rayon kəndlərinin ara arxlarında isə 1,4 km, Babək rayonunda kəndlərin ara arxlarında 5.38 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 2.38 km, Culfa rayonunda kanallarda 5,15 km, rayon kəndlərinin ara arxlarında isə 0.9 km, Ordubad rayonunda kəndlərinin ara arxlarında 7.1 km, Sədərək rayonunda kanallarda 0.4 km lildən təmizləmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinə başlanılmışdır. Babək rayonunda Sirab su anbarına su gətirən kanalın 20 m hissəsi beton plitələrlə üzlənmiş, Kəngərli rayonunda mövccud olan su tutarlarda lildən təmizlənmə işləri davam etdirlmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmiş, açıq drenaj xətləri təmir olunmuşdur. Şərur rayonunda Xələc kollektorunda 1.5 km, Sədərək rayonunda Heydərabad-Şirarxı kollektorunda 0,1 km, lildən təmizlənmə işləri aparılmış, Ordubad rayonunun Dırnıs kəndi ərazisində isə 0.1 km açıq drenaj xətti təmir olunmuşdur.
Görülən işlər nəticəsində Şərur rayonunda 18 ha, Sədərək rayonunda 0.5 ha olmaqla, ümumilikdə, 18.5 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur rayonunda Axura selovunda 0,5 km seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,19 km, Şahbuz rayonunda 0.08 km içməli su xətti çəkilmiş, Şərur rayonunda 0.24 km, Culfa rayonunda 0,2 km, Babək rayonunda 0.24 km, Ordubad rayonunda 0,3 km, Kəngərli rayonunda isə 0,09 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunda Kültəpə kənd kaptajında 60 m, Gülşənabad kənd kaptajında 80 m, Payız kəndinin kaptajında isə 20 m təmir- bərpa işləri aparılmışdır.
Ordubad şəhərində 100 m kanalizasiya xətti təmir olunmuş, Şahbuz şəhərində isə 66 m kanalizasiya xətti çəkilmişdir.
Suvarma mövsümə hazırlıq məqsədilə təmirə ehtiyacı olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Ordubad rayonunda 0.6 km, Kəngərli rayonunda isə 0.15 km suvarma boru xətləri təmir olunmuşdur.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari və əsaslı təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2”, “Zeyvə-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0.25 km, Babək rayonunda “Nehrəm” , “Araz-1”, “Araz-2” və “Hacıvar” nasos stansiyasılarının təzyiqli boru xətlərində 0.11 km, Kəngərli rayonunda “4№li” və “Qıvraq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0.17 km və Naxçıvan şəhəri ərazisində olan “Qaraçuq-2” və “Y. Cabbarov” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0.04 km təmir- bərpa işləri aparılmışdır.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin sexləri tərəfindən 1 ədəd nasos rotoru, suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 1 ədədinə yeni nasos quraşdırılmaqla 38 ədəd subartezian quyusu təmir edilmişdir.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Yanvar ayı ərzində 1 dəfə Naxçıvan Dövlət Radiosunda müsahibə verilmiş, Şərq qapısı qəzetində isə 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.