Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq aprel ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülmüş, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilmiş, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
2024-cü ilin aprel ayının sonunda su anbarlarında 248,83 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə aprel ayı ərzində 37,27 mln m3 su verilmiş, bunun müqabilində 30131 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin aprel ayı ərzində 3,88 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 34,04 km beton və torpaq kanallar, 30,93 km ara arxlar, 3,9 km kollektor lildən təmizlənmiş, 3,95 km içməli su, 0,04 km suvarma boru, 0,13 km kaptaj xətti çəkilmiş, 2,57 km mövcud içməli su xətlərində, 0,04 km kanalizasiya xətlərində, 0,68 km suvarma boru xətlərində, 0,09 km kaptajlarda və təzyiqli boru xətlərinin 1,8 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 5,8 km, kəndlərin ara arxlarında 2,9 km, Babək rayonunda kanallarda 10,38 km, kəndlərin ara arxlarında 7,65 km, Şahbuz rayonunda kanallarda 1,4 km, kəndlərin ara arxlarında 9,61 km, Culfa rayonunda kanallarda 14,56 km, kəndlərin ara arxlarında 1,42 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 8,2 km, Sədərək rayonunda kanallarda 1,9 km, kəndlərin ara arxlarında 0,3 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında isə 0,85 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Qorçulu kollektorunda 0,7 km, Muğanlı kollektorunda 0,8 km, Axaməd kollektorunda 0,9 km, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda isə 1,5 km olmaqla, ümumilikdə, 3,9 km kollektor lildən təmizlənmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 29 ha, Naxçıvan şəhərinin isə 30 ha olmaqla, ümumilikdə, 59 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Qahab selovunda 350 m, Sirab selovunda 280 m, Nehrəm su anbrında 50 m, Nehrəm arxında 100 m, Zeynəddin selovunda 1000 m, M.Dizə selovunda 700 m, Qaraqala selovunda 400 m, Güznüt selovunda 700 m, Güznüt kanalında 50 m, Cəhriçayda 160 m, Kültəpə kaptajında 80 m və Naxışnərgiz selovunda 12 m seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,03 km, Babək rayonunda 0,53 km, Şahbuz rayonunda 0,11 km, Culfa rayonunda 0,57 km, Ordubad rayonunda 1,3 km, Kəngərli rayonunda isə 0,03 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunda Qahab kənd kaptajından Naxışnərgiz kəndində yerləşən subartezian quyusunun supaylayıcı qurğusuna 750 m uzunluğunda yeni sugətirici boru xətti çəkilib. Ordubad rayonunda isə Gilənçay hövzəsində yeni tikilmiş kaptajdan Sabirkəndə 3200 m uzunluğunda yeni sugətirici boru xətti çəkilmişdir.
Culfa rayonunda Əbrəqunus kənd kaptajının uzunluğu 30 m artırılmış, Ordubad rayonunda isə Gilənçay hövzəsində 100 m yeni kaptaj tikilmişdir. Culfa rayonunda mövcud Dizə kənd kaptajında 30 m, Ordubad rayonunda Vənənd kənd kaptajında 10 m, Qoşa Dizə kənd kaptajında isə 50 m təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Şıxmahmud kəndinin 12 m, Babək şəhərinin 16 m, Şəkərabad kəndinin isə 8 m mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Suvarma mövsüminə hazırlıq məqsədilə yeni xətlər çəkilmiş, təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Şahbuz rayonunda İşgəsu və Ayrınc kəndlərinin hər birində 20 m yeni suvarma boru xətti çəkilmiş, Şərur rayonunda 40 m, Şahbuz rayonunda 70 m, Culfa rayonunda 210 m, Ordubad rayonunda 110 m, Kəngərli rayonunda isə 220 m mövcud suvarma boru xətləri təmir olunmuşdur.
Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində 32 m mövcud yaşıllıq zolaqlarının suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2”, “Qorçulu”, “Zeyvə-1”, “Zeyvə-2” və “Dərəkənd” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 km hissəsində, Babək rayonunda “Araz-1”, “Hacıvar”, “Badaşqan” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,98 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Daylaqlı”, “Şahbuzkənd” nasos stansiyalarının və Şahbuz şəhər subartezian quyusunun təzyiqli boru xətlərinin 0,1 km hissəsində, Culfa rayonunda “Culfa-1” nasos xəttinin 0,09 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,05 km hissəsində, Naxçıvan şəhərində “Azərbaycan”, “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,5 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin aprel ayı ərzində 3 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 2 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 330 m kürə təmizlənmiş, 13 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3 ədədinə yeni nasos quraşdırılmaqla, 64 ədədi əsaslı təmir olunmuşdur.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 3 ədəd nasos rotoru, 3 ədəd elektrik mühərriki təmir olunmuşdur.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 21 evin içməli su xəttinə, 320 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Aprel ayı ərzində 6 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində 8 xəbər, 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.