Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin avqust ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
2024-cü ilin avqust ayının sonunda su anbarlarında 209,96 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə avqust ayı ərzində 28,55 mln m3 su verilmiş, bunun müqabilində 22 977 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin avqust ayı ərzində 0,57 km selə qarşı istiqamətləndirici bənd tikilmiş, 14,77 km beton və torpaq kanallar, 20,57 km ara arxlar, 4,75 km kollektor lildən təmizlənmiş, 2,19 km içməli su, 0,01 km kanalizasiya xətti, 1,05 km suvarma boru xətti çəkilmiş, 2,89 km mövcud içməli su xətlərində, 0,08 km kanalizasiya xətlərində, 1,2 km kaptajlarda, 0,05 km qapalı drenajlarda, suvarma boru xətlərinin 0,4 km hissəsində və təzyiqli boru xətlərinin 1,23 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 6,2 km, kəndlərin ara arxlarında 1,4 km, Babək rayonunda kanallarda 4,9 km kəndlərin ara arxlarında 9,92 km, Naxçıvan şəhəri ərazisində olan kanallarda 3,2 km, ara arxlarda 0,6 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 0,19 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 6,8 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 1,66 km, Culfa rayonunda kanallarda 0,01 km, Sədərək rayonunda kanallarda isə 0,46 km, lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmiş, qapalı drenajlarda təmir-bərpa işi aparılmışdır. Şərur rayonunda Kərimbəyli kollektorunda 2,5 km, Qorçulu kollektorunda 1,2 km olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 3,7 km, Babək rayonunda Nehrəm kollektorunda 0,7 km, Kəngərli rayonunda 0,35 km kollektor lildən təmizlənmiş, Babək rayonunun Nehrəm qəsəbəsində isə 0,05 km qapalı drenaj xətti təmir edilmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 44 ha, Babək rayonunun 10 ha, Kəngərli rayonunun isə 4 ha olmaqla, ümumilikdə, 58 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda 0,55 km, Şahbuz rayonunda isə 0,02 km selə qarşı istiqamətləndirici bənd qurulmuşdur.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,04 km, Şahbuz rayonunda 0,07 km yeni içməli su xətti çəkilmişdir. Şərur rayonunda 0,04 km, Babək rayonunda 0,1 km, Şahbuz rayonunda 0,01 km, Culfa rayonunda 0,52 km, Ordubad rayonunda 2 km, Kəngərli rayonunda isə 0,22 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Bundan əlavə, muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan 1450 m uzunluğunda, Culfa rayonunun Bənəniyar kəndində isə 340 m və 290 m uzunluğunda yeni suaparıcı boru xətləri çəkilmişdir.
Babək rayonunda Gülşənabad kənd kaptajında 150 m, Cəhri qəsəbə kaptajınada 12 m, Payız kənd kaptajında 150 m, Şahbuz rayonunda İşgəsu kənd kaptajında 30 m, Ayrınc kənd kaptajında 30 m, Culfa rayonunda Kırna kənd kaptajında 60 m, Camaldın kənd kaptajında 8 m, Dizə kənd kaptajında 6 m, Ordubad rayonunda Dəstə və Xanağa kənd kaptajlarında hər birində 100 m, Naxçıvan şəhər kaptajında isə 550 m təmir-bərpa işləri aparılmışdır.
Babək şəhərində 6 m yeni kanalizasiya xətti çəkilmiş, mövcud kanalizasiya xətlərinin isə 80 m hissəsində təmir işləri aparılmışdır.
Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə yeni boru xətləri çəkilmiş, təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Belə ki, Culfa rayonunun Əbrəqunus kəndində çəkiləcək 1850 m-lik boru xəttinin son 1050 m hissəsi çəkilərək istifadəyə verilmişdir. Mövcud suvarma boru xətlərinin Şərur rayonunda 20 m, Babək rayonunda 60 m, Culfa rayonunda 112 m, Kəngərli rayonunda isə 210 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Belə ki, Şərur rayonunda “Arpaçay-2”, “Günəşli”, “Muğanlı”, “Qorçulu”, “Kərimbəyli-1” və “Həmzəli-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,06 km hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,48 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-1” nasos stansiyasının və “Külüs” subartezian quyusunun təzyiqli boru xətlərinin 0,16 km hissəsində, Ordubad rayonunda “Əylis-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,1 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,18 km hissəsində, Naxçıvan şəhərində “Sərhəd dəstəsi” nasos stansiyasının təzyiqli boru xəttinin isə 0,24 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin avqust ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 2 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 210 m kürə təmizlənmiş, 3 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4 ədədinə yeni nasos quraşdırılmaqla, 67 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Vayxır kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılmışdır. Quyuda yuma işləri aparılaraq işlər davam etdirilir.
Agentliyin tabe idarələri tərəfindən 2 ədəd avtomobil, 1 ədəd avtobus, 4 ədəd ekskovator, 2 ədəd avtomaşın, 1 ədəd elektrik mühərriki, 2 ədəd nasos, 161 ədəd su sayğacı təmir olunmuş, 2 ədəd nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 20 evin içməli su xəttinə, 47 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Avqust ayı ərzində 8 dəfə Naxçıvan Televiziyasına, 1 dəfə Naxçıvan radiosuna müsahibə verilmiş, Şərq qapısı qəzetində 9 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.