Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin dekabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
2024-cü ilin dekabr ayının sonunda su anbarlarında 155,08 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə dekabr ayı ərzində 4,65 mln m3 su verilmiş, bunun müqabilində 3 752 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin dekabr ayı ərzində 0.06 km selə qarşı istiqamətləndirici bənd tikilmiş, 27.05 km beton və torpaq kanallar, 18.63 km ara arxlar, 5 km kollektor lildən təmizlənmiş, 4.67 km içməli su, 0.5 km kanalizasiya xətti çəkilmiş, 1.04 km mövcud içməli su xətlərində, 0.02 km kanalizasiya xətlərində, 0.2 km kaptajlarda, 0,06 km qapalı drenaj xətlərində, suvarma boru xətlərinin 0.14 km hissəsində və təzyiqli boru xətlərinin 0.34 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 5.7 km, kəndlərin ara arxlarında 3.7 km, Babək rayonunda kanallarda 6.45 km kəndlərin ara arxlarında 5.25 km, Culfa rayonunda kanallarda 5.75 km, kəndlərin ara arxlarında 1.06 km, Ordubad rayonunda kanallarda 5.1 km, kəndlərin ara arxlarında 4.1 km, Naxçıvan şəhəri ərazisində kanallarda 2.75 km, ara arxlarda 2.1 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 1.47 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 0.95 km, Sədərək rayonunda kanallarda isə 1.3 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektor və drenajlar lildən təmizlənmişdir. Şərur rayonunda Dəmirçi kollektorunda 2,8 km, Babək rayonunda Nehrəm kollektorunda 0.6 km, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraçuq kollektorunda isə 1.6 km kollektor lildən təmizlənmişdir. Bundan əlavə, Babək rayonunda Nehrəm qəsəbəsinin drenaj şəbəkəsində 60 m təmir-bərpa işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunun 34 ha, Babək rayonunun 5 ha, Naxçıvan şəhər ərazisinin isə 15 ha olmaqla, ümumilikdə, 54 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda 57 m selə qarşı istiqamətləndirici bənd qurulmuşdur.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0.14 km, Babək rayonunda 0.05 km, Culfa rayonunda isə 0.6 km yeni içməli su xətti çəkilmişdir. Şərur rayonunda 0.03 km, Babək rayonunda 0.68 km, Şahbuz rayonunda 0.03 km Culfa rayonunda 0.19 km, Ordubad rayonunda 0.06 km, Kəngərli rayonunda isə 0.05 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Şahbuz rayonun Sələsüz kəndi üçün Daylaqlı kəndində yeni qazılmış subartezian quyusundan 3030 m uzunluğunda, Ordubad rayonu Başkənddə mövcud boru xəttindən keçid verməklə əlavə 850 m uzunluğunda yeni suaparıcı boru xətti çəkilmişdir.
Babək rayonunda Aşağı Buzqov kənd kaptajınada 30 m, Cəhri qəsəbə kaptajında 65 m, Payız kənd kaptajında 45 m, Gülşənabad kənd kaptajında 15 m, Culfa rayonunda Əbrəqunus kənd kaptajında 20 m, Ordubad rayonunda Biləv və Behrud kənd kaptajlarında hər birində 10 m olmaqla, Ordubad rayonunda ümumi 20 m təmir-bərpa işləri aparılmışdır.
Şərur şəhərində 72 m, Babək şəhərində 323 m, Şəkərabad kəndində 102 m yeni kanalizasiya xətti çəkilmişdir. Bunla yanaşı mövcud kanalizasiya xətlərinin Şəkərabad kəndində 12 m, Şahbuz şəhərində 10 m təmir işləri aparılmışdır.
Suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Mövcud suvarma boru xətlərinin Şərur rayonunda 30 m, Kəngərli rayonunda isə 110 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Belə ki, Şərur rayonunda “Həmzəli-2”, “Zeyvə-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,01 km hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0.06 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-2” nasos stansiyasının təzyiqli boru xəttinin 0,01 km hissəsində, Culfa rayonunda “Culfa-1”, “Yaycı-1”, və “Bənəniyar” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 km hissəsində, Sədərək rayonunda “Sədərək-2” və “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,05 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,04 km hissəsində, Naxçıvan şəhərində “Sərhəd dəstəsi”, “Qaraçuq-2” və “Azərbaycan” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0.09 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin dekabr ayı ərzində 1 kəhrizdə cari təmir işləri başa çatdırılmışdır. Kəhrizlərdə 70 m kürə təmizlənmiş, 8 m saybənd hörülmüşdür. Bundan əlavə, Babək rayonunun Sirab kəndində yerləşən “Bəydilli” kəhrizində 10 m uzunluğunda yeni quyu qazılmış və digər quyular arasındakı kürəyə diametri 800 mm olan dəmir boru quraşdırılaraq kəhriz təmir olunmuşdur.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 31 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, su təminatının yaxşılaşdırılması üçün Culfa rayonunun Əbrəqunus kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılmışdır.
Agentliyin tabe idarələrinin təmir sexləri tərəfindən 23 ədəd su sayğacı, 1 ədəd elektrik mühərriki əsaslı təmir olunmuşdur.
Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Dekabr ayı ərzində 4 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində 1 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.