Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq fevral ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülmüş, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilmiş, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2024-cü ilin fevral ayının sonuna 113.42 mln m3 su ehtiyatı toplanmışdır.
2024-cü ilin fevral ayı ərzində 1,23 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 28,10 km beton və torpaq kanallar, 22,07 km ara arxlar, 4,2 km kollektor lildən təmizlənmiş, 0,85 km içməli su, 0,03 km kanalizasiya, 0,15 km suvarma boru xətti çəkilmiş, 1,47 km mövcud içməli su xətlərində, 0,16 km kanalizasiya xətlərində, 0,17 km suvarma boru xətlərində, 0,12 km təzyiqli boru xətlərində, 1,31 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 8,2 km, kəndlərin ara arxlarında 4,4 km, Babək rayonunda kanallarda 1,6 km, kəndlərin ara arxlarında 1,68 km, Şahbuz rayonunda kanallarda 2,37 km, kəndlərin ara arxlarında 1,69 km, Culfa rayonunda kanallarda 6,03 km, kəndlərin ara arxlarında 0,8 km, Sədərək rayonunda kanallarda 9,9 km, kəndlərin ara arxlarında 1,4 km, Naxçıvan şəhərinin, Ordubad və Kəngərli rayonlarında kəndlərin ara arxlarında müvafiq olaraq 0,6 km, 8,2 km və 3,3 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Qorçulu kollektorunda 2,7 km, Muğanlı kollektorunda 1,5 km olmaqla, ümumilikdə, 4,2 km kollektor lildən təmizlənmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 50 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Qahab selovunda 12 m, və Cəhriçayda 1220 m seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,45 km, Babək rayonunda 0,2 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 0,21 km, Babək rayonunda 0,36 km, Şahbuz rayonunda 0,04 km, Culfa rayonunda 0,34 km, Ordubad rayonunda 0,5 km, Kəngərli rayonunda isə 0,02 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, Babək rayonunun Çeşməbasar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 200 m yeni paylayıcı boru xətti çəkilmişdir.
Babək rayonunda Cəhri kənd kaptajında 100 m, Gülşənabad kənd kaptajında 200 m, Cəhri “Çimənbulaq” kaptajında 150 m, Babək şəhər kaptajında 800 m, Culfa rayonunda Culfa şəhər kaptajında 32 m, Göydərə kənd kaptajında 24 m təmir-bərpa işləri aparılmışdır.
Babək şəhərində 29 m yeni kanalizasiya xətti çəkilmiş, Şahbuz şəhərində 40 m, Ordubad şəhərində 100 m, Babək rayonunun Xəlilli kəndində 12 m, Şəkərabad kəndində 8 m olmaqla, Babək rayonunda ümumilikdə, 20 m mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Suvarma mövsümə hazırlıq məqsədilə yeni boru xətləri çəkilmiş, təmirə ehtiyacı olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Ordubad rayonunun Əylis kəndində 150 m yeni suvarma boru xətti çəlilmiş, Culfa rayonunda 92 m, Kəngərli rayonunda isə 80 m suvarma boru xətləri təmir olunmuşdur.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şahbuz rayonunda “Daylaqlı”, “Şahbuzkənd” və “Əcəmi-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,12 km təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin fevral ayı ərzində 2 kəhrizdə cari təmir işləri davam etdirilmış, ay ərzində kəhrizlərdə 230 m kürə təmizlənmiş, 6 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 34 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Culfa rayonunun Dizə kəndində su təminatının yaxşılaşdırılması məqsədilə 1 yeni subartezian quyusunun qazma işləri yekunlaşmışdır.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd siyirtmə, 3 ədəd ekektrik mühərriki təmir olunmuş, 50 nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 47 evin içməli su xəttinə, 141 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır. Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi işləri davam etdirilmişdir.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Fevral ayı ərzində 3 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində 8 xəbər, 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.