Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin iyul ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
2024-cü ilin iyul ayının sonunda su anbarlarında 245,03 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə iyul ayı ərzində 29,28 mln m3 su verilmiş, bunun müqabilində 23 583 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin iyul ayı ərzində 2,8 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 22,67 km beton və torpaq kanallar, 25,28 km ara arxlar, 6,6 km kollektor lildən təmizlənmiş, 0,03 km içməli su, 0,8 km suvarma boru xətti, 1,91 km təzyiqli boru xətti çəkilmiş, 2,16 km mövcud içməli su xətlərində, 0,1 km kanalizasiya xətlərində, 1,17 km kaptajlarda, suvarma boru xətlərinin 0,44 km hissəsində və təzyiqli boru xətlərinin 2,17 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 8,8 km, kəndlərin ara arxlarında 5 km, Babək rayonunda kəndlərin ara arxlarında 4,2 km, Şahbuz rayonunda kanallarda 0,3 km, kəndlərin ara arxlarında 2,05 km, Ordubad rayonunda kanallarda 4,5 km, kəndlərin ara arxlarında 8,8 km, Sədərək rayonunda kanallarda 1,6 km, kəndlərin ara arxlarında 0,65 km, Kəngərli rayonunda kanallarda 0,72 km, kəndlərin ara arxlarında 1,08 km, Naxçıvan şəhəri ərazisində olan kanallarda 6,75 km, ara arxlarda isə 3,5 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Kərimbəyli kollektorunda 2,4 km, Qorçulu kollektorunda 1,2 km olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 3,6 km, Çeşməbasar kollektorunda 1,6 km, Nehrəm kollektorunda isə 1,4 km, olmaqla, Babək rayonu üzrə ümumilikdə, 3 km kollektor lildən təmizlənmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 43 ha, Babək rayonunun isə 40 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Şərur rayonunda Tənənəm selovunda 2,7 km, Babək rayonunda Payız selovunda 0,1 km selə qarşı istiqamətləndirici bənd qurulmuşdur.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,03 km yeni içməli su xətti çəkilmişdir. Şərur rayonunda 0,04 km, Babək rayonunda 0,43 km, Şahbuz rayonunda 0,03 km, Culfa rayonunda 0,2 km, Ordubad rayonunda 1,4 km, Kəngərli rayonunda isə 0,07 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunda Gülşənabad kənd kaptajında 150 m, Cəhri qəsəbə kaptajınada 130 m, Payız kənd kaptajında 120 m, Şahbuz rayonunda Badamlı kaptajında 30 m, Sələsüz kənd kaptajında 20 m, Ayrınc kənd kaptajında 45 m, Culfa rayonunda Milax kənd kaptajında 35 m, Kırna kənd kaptajında 20 m, Dizə kənd kaptajında 20 m, Ordubad rayonunda Unus, Kələki kənd kaptajlarında və Ordubad şəhər kaptajında hər birində 100 m olmaqla, ümumilikdə, Ordubad rayonu üzrə kaptajlarda 300 m, Naxçıvan şəhər kaptajında isə 300 m təmir-bərpa işləri aparılmışdır.
Ordubad şəhərinin isə 100 m mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə yeni boru xətləri çəkilmiş, təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Belə ki, Culfa rayonunun Əbrəqunus kəndində 800 m yeni suvarma boru xətti çəkmişdir. Mövcud suvarma boru xətlərinin Şərur rayonunda 13 m, Babək rayonunda 33 m, Şahbuz rayonunda 30 m, Culfa rayonunda 162 m, Kəngərli rayonunda isə 200 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmiş, yeni təzyiqli boru xətti çəkilmişdir. Culfa rayonunun Bənəniyar kəndinin suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə “Bənəniyar” nasos stansiyasından 1908 m uzunluğunda yeni təzyiqli boru xətti çəkilmişdir. Şərur rayonunda “Muğanlı”, “Qorçulu”, “Kərimbəyli-1” və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,18 km hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Cəhri-1”, “Cəhri-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,7 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Naxçıvani”, “Şahbuzkənd” və “Mahmudoba” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,36 km hissəsində, Culfa rayonunda “Gülüstan”, “Culfa-1” və “Yaycı-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,16 km hissəsində, Ordubad rayonunda “Dəstə-2” nasos stansiyasının təzyiqli boru xəttinin 0,2 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2” və “4№-li” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,22 km hissəsində, Naxçıvan şəhərində “Azərbaycan” və “Qaraçuq-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,36 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin iyul ayı ərzində 3 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 2 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 180 m kürə təmizlənmiş, 8 m saybənd hörülmüş, 5 m uzunluğunda diametri 600 mm olan dəmir boru kəsilərək 3 ədəd kəhriz quyusuna quraşdırılmışdır.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 8 ədədinə yeni nasos quraşdırılmaqla, 84 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qaraqala, Şahbuz rayonunun isə Sələsüz kəndində hər birində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılmışdır. Quyulara bərkidici (kolon) boru quraşdırılaraq işlər davam etdirilir.
Agentliyin tabe idarələri tərəfindən 4 ədəd ekskovator, 2 ədəd avtokran, 2 ədəd avtomaşın 1 ədəd elektrik mühərriki təmir olunmuş, 4 ədəd nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 36 evin içməli su xəttinə, 122 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. İyul ayı ərzində 4 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Nuhçıxan İnformasiya Agentliyində 3 xəbər, Şərq qapısı qəzetində 6 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.