Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin iyun ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
2024-cü ilin iyun ayının sonunda su anbarlarında 274,5 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə iyun ayı ərzində 45 mln m3 su verilmiş, bunun müqabilində 36 309 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin iyun ayı ərzində 0,2 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 13,31 km beton və torpaq kanallar, 23,46 km ara arxlar, 2,8 km kollektor lildən təmizlənmiş, 1,54 km içməli su, 0,08 km kanalizasiya, 1,5 km təzyiqli boru xətti çəkilmiş, 1,35 km mövcud içməli su xətlərində, 0,11 km kanalizasiya xətlərində, 0,07 km kaptajlarda, suvarma boru xətlərinin 1,03 km hissəsində və təzyiqli boru xətlərinin 0,77 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 4,6 km, kəndlərin ara arxlarında 2 km, Babək rayonunda kanallarda 4,18 km, kəndlərin ara arxlarında 5,27 km, Şahbuz rayonunda kanallarda 0,09 km, kəndlərin ara arxlarında 0,93 km, Culfa rayonunda kanallarda 2,84 km, kəndlərin ara arxlarında 1,1 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 7,6 km, Sədərək rayonunda kanallarda 1 km, kəndlərin ara arxlarında 1,2 km, Kəngərli rayonunda kanallarda 0,6 km, kəndlərin ara arxlarında 0,16 km, Naxçıvan şəhəri ərazisində olan ara arxlarda isə 5,2 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Muğanlı kollektorunda 0,7 km, Axaməd kollektorunda 1,4 km olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 2,1 km, Naxçıvan şəhərində isə 0,7 km kollektor lildən təmizlənmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 26 ha, Naxçıvan şəhərinin isə 10 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Qahab selovunda 30 m, Yarımca kəndində 30 m, Cəhri çayında 40 m, Məzrə selovunda 20 m olmaqla, Babək rayonunda ümumilikdə, 120 m, Şahbuz rayonunda Badamlı qəsəbəsində isə çay yatağında 80 m seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,07 km, Şahbuz rayonunda 0,1 km, Ordubad rayonunda isə 0,87 km yeni içməli su xətləri çəkilmişdir. Şərur rayonunda 0,08 km, Babək rayonunda 0,11 km, Culfa rayonunda 0,35 km, Ordubad rayonunda 0,8 km, Kəngərli rayonunda isə 0,02 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Ordubad rayonunun Düylün kəndinə yeni qazılmış subartezian quyusundan 500 m uzunluğunda yeni suaparıcı boru xətti çəkilmişdir.
Babək rayonunda Gülşənabad kənd kaptajında 15 m, Culfa rayonunda Ləkətağ kənd kaptajında 30 m, Ordubad rayonunda Behrud kənd kaptajında isə 20 m təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Şıxmahmud kəndində 30 m, Şəkərabad kəndində 18 m, Qoşa Dizə kəndində 7 m, Babək şəhərində isə 24 m olmaqla, ümumilikdə, 79 m yeni kanalizasiya xətti çəkilmişdir. Bundan əlavə, Babək şəhərinin 6 m, Ordubad şəhərinin isə 100 m mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Belə ki, mövcud suvarma boru xətlərinin Şərur rayonunda 85 m, Babək rayonunda 175 m, Şahbuz rayonunda 215 m, Ordubad rayonunda 500 m, Kəngərli rayonunda isə 55 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində mövcud yaşıllıq zolaqlarında suvarma boru xətlərinin 40 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmiş, yeni təzyiqli boru xətti çəkilmişdir. Culfa rayonunun Bənəniyar kəndinin suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə “Bənəniyar” nasos stansiyasından 1,5 km uzunluğunda yeni təzyiqli boru xətti çəkilmişdir. Şərur rayonunda “Dərəkənd”, “Xələc”, “Ərəbyengicə” və “Ağbulaq-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 km hissəsində, Babək rayonunda “Araz-1”, “Şəkərabad”, “Hacıvar” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,13 km hissəsində, Şahbuz rayonunda “Külüs” və “Mahmudoba” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,03 km hissəsində, Culfa rayonunda “Culfa-1” və “Yaycı-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,46 km hissəsində, Kəngərli rayonunda “Şahtaxtı” nasos stansiyasının təzyiqli boru xəttinin 0,03 km hissəsində, Naxçıvan şəhərində “Azərbaycan” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,03 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin iyun ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 2 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 340 m kürə təmizlənmiş, 20 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 3 ədədinə yeni nasos quraşdırılmaqla, 59 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Babək rayonunun Qaraqala kəndində su təminatının yaxşılaşdırılması məqsədilə 1 subartezian quyusunun qazma işlərinə başlanılmışdır.
Agentliyin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 1 ədəd nasos əsaslı təmir olunmuşdur.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 23 evin içməli su xəttinə, 387 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. İyun ayı ərzində 2 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində 6 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.