Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq mart ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülmüş, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilmiş, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2024-cü ilin mart ayının sonuna 156,35 mln m3 su ehtiyatı toplanmışdır. Su istifadəçilərinə mart ayı ərzində 1,52 mln m3 su verilmiş, bunun müqabilində 1247 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin mart ayı ərzində 0,36 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 37,4 km beton və torpaq kanallar, 25,89 km ara arxlar, 8,2 km kollektor lildən təmizlənmiş, 8,04 km içməli su, 0,01 km kanalizasiya xətti çəkilmiş, 2,57 km mövcud içməli su xətlərində, 0,12 km kanalizasiya xətlərində, 1,38 km suvarma boru xətlərində, 1,41 km təzyiqli boru xətlərində, 0,13 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 9,3 km, kəndlərin ara arxlarında 6,8 km, Babək rayonunda kanallarda 0,85 km, kəndlərin ara arxlarında 4,92 km, Şahbuz rayonunda kanallarda 2,05 km, kəndlərin ara arxlarında 5,67 km, Culfa rayonunda kanallarda 22,7 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 7,6 km, Sədərək rayonunda kanallarda 2,5 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında isə 0,9 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Qorçulu kollektorunda 1,5 km, Muğanlı kollektorunda 1,8 km, Babək rayonunda Nehrəm kollektorunda 3 km, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda 1,9 km olmaqla, ümumilikdə, 8,2 km kollektor lildən təmizlənmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 40 ha, Babək rayonunun və Naxçıvan şəhərinin 65 ha olmaqla, ümumilikdə, 105 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Qahab selovunda 40 m, Cəhriçayda 300 m və Naxçıvançayda 20 m seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,01 km, Babək rayonunda 0,1 km, Ordubad rayonunda isə 0,08 km içməli su xətləri çəkilmiş, Şərur rayonunda 0,06 km, Babək rayonunda 0,54 km, Şahbuz rayonunda 0,3 km, Culfa rayonunda 0,12 km, Ordubad rayonunda 1,5 km, Kəngərli rayonunda isə 0,05 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Çeşməbasar kəndində 2800 m, Güznüt kəndində 2650 m yeni paylayıcı, Culfa rayonunun Dizə kəndində isə yeni tikilmiş subartezian quyusundan 2395 m yeni suaparıcı boru xətti çəkilmişdir.
Şahbuz rayonunda Şahbuzkənd kaptajında 30 m, Ordubad rayonunda Xanağa kənd kaptajında isə 100 m təmir-bərpa işləri aparılmışdır.
Babək şəhərində 11 m yeni kanalizasiya xətti çəkilmiş, Şəkərabad kəndində 20 m, Ordubad şəhərində isə 100 m mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Suvarma mövsüminə hazırlıq məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Şərur rayonunda 20 m, Şahbuz rayonunda 450 m, Culfa rayonunda 800 m, Kəngərli rayonunda isə 110 m suvarma boru xətləri təmir olunmuşdur.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2” nasos stansiyasının təzyiqli boru xəttində 1 km, Babək rayonunda “Araz-1”, “Araz-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,01 km, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının və Ayrınc subartezian quyusunun təzyiqli boru xətlərində 0,08 km, Ordubad rayonunda “Dəstə-2” və “Əylis-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,2 km, Kəngərli rayonunda “Kərki”, “Şahtaxtı” və “Qıvraq-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 km, Naxçıvan şəhərində “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,01 km təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin mart ayı ərzində 2 kəhrizdə cari təmir işləri davam etdirilmış, kəhrizlərdə 180 m kürə təmizlənmiş, 10 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 4 ədədinə yeni nasos quraşdırılmaqla, 20 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Culfa rayonunun Dizə kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 1 yeni subartezian quyusunun tikintisi başa çatdırılaraq, istifadəyə verilmişdir.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd nasos rotoru, 6 ədəd ekektrik mühərriki, 4 ədəd su sayğacı təmir olunmuş, 2 nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 5 evin içməli su xəttinə, 202 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır. Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi işləri başa çatdırılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Mart ayı ərzində 5 dəfə Naxçıvan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində 5 xəbər, 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.