2024-cü ilin may ayı ərzində görülən işlər haqqında məlumat

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin may ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.

2024-cü ilin may ayının sonunda su anbarlarında 284,37 mln m3  su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə may ayı ərzində 46,87 mln m3  su verilmiş, bunun müqabilində 37 982 ha torpaq sahəsi suvarılmışdır.

2024-cü ilin may ayı ərzində 0,79 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 32,56 km beton və torpaq kanallar, 21,37 km ara arxlar, 3,7 km kollektor lildən təmizlənmiş, 1,25 km içməli su, 0,1 km kaptaj xətti çəkilmiş, 1,9 km mövcud içməli su xətlərində, 0,21 km kanalizasiya xətlərində, 0,14 km kaptajlarda, suvarma boru xətlərinin  6,36 km hissəsində və təzyiqli boru xətlərinin 1,8 km hissəsində təmir-bərpa işləri aparılmışdır.

Şərur rayonunda kanallarda 7,2 km, kəndlərin ara arxlarında 4,9 km, Babək rayonunda kanallarda 1,47 km, kəndlərin ara arxlarında 2,06 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 1,52 km, Culfa rayonunda kanallarda 14,64 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 8,9 km, Sədərək rayonunda kanallarda 1 km, kəndlərin ara arxlarında 0,2 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 1,79 km, Naxçıvan şəhəri ərazisində kanallarda 8,25 km, ara arxlarda isə 2 km lildən təmizlənmə işləri aparılmışdır.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Bundan əlavə, Şahbuz rayonunun Daylaqlı kəndində su arxında itkinin qarşısını almaq məqsədilə 24 m məsafədə diametri 600 mm olan koruge borunu su arxında quraşdırmaqla arx təmir olunmuşdur.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Muğanlı kollektorunda 1,5 km, Axaməd kollektorunda isə 2,2 km olmaqla, ümumilikdə, 3,7 km kollektor lildən təmizlənmişdir.

 Görülən işlər nəticəsində Şərur rayonunun 44 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Qahab selovunda 260 m, Sirab selovunda 240 m, Çeşməbasar və Yarımca kəndlərində 40 m, “Araz-1” nasos stansiyasının Nehrəm xəttinin ətrafında 20 m, Hacıvar-Zeynəddin xəttinin ətrafında 100 m, Nehrəm boru xəttinin ətrafında 20 m, Uzunoba kaptaj xəttinin ətrafında 20 m, Qahab-Yarımca xəttinin ətrafında isə 40 m olmaqla, Babək rayonunda ümumilikdə, 740 m, Şahbuz rayonunda “Mahmudoba” nasos stansiyasının boru xəttinin ətrafında 20 m, “Külüs” nasos stansiyasının boru xəttinin ətrafında isə 25 m olmaqla, Şahbuz rayonunda ümumilikdə, 45 m seləqarşı istiqamətləndirici bənd tikilmişdir.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,25 km, Ordubad rayonunda isə 0,7 km yeni içməli su xətləri çəkilmişdir. Şərur rayonunda 0,1 km, Babək rayonunda 0,43 km, Culfa rayonunda 0,38 km, Ordubad rayonunda 0,9 km, Kəngərli rayonunda isə 0,09 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Ordubad rayonunda Gilənçay hövzəsində yeni tikilmiş kaptajdan Baş Dizə kəndinə 300 m uzunluğunda yeni sugətirici boru xətti çəkilmişdir.

Ordubad rayonunda Gilənçay hövzəsində Baş Dizə kəndi üçün 100 m yeni kaptaj tikilmişdir. Culfa rayonunda Ləkətağ kənd kaptajında 20 m, Ordubad rayonunda Dırnıs kənd kaptajında 10 m, Xanağa kənd kaptajında 100 m, Behrud kənd kaptajında isə 10 m  təmir-bərpa işləri aparılmışdır.

Şahbuz şəhərinin 10 m, Ordubad şəhərinin isə 200 m mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.

Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Belə ki, mövcud suvarma boru xətlərinin Şərur rayonunda 50 m, Babək rayonunda 5391 m, Şahbuz rayonunda 25 m, Culfa rayonunda 330 m, Ordubad rayonunda 300 m, Kəngərli rayonunda isə 260 m  hissəsində təmir-bərpa işləri aparılmışdır.

Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində mövcud yaşıllıq zolaqlarında suvarma boru xətlərinin 5311 m hissəsində təmir-bərpa işləri aparılmışdır.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-1”, “Həmzəli-2”, “Zeyvə-1”, “Zeyvə-2” və “Qorçulu” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,17 km hissəsində, Babək rayonunda “Araz-2”, “Kərimbəyli” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,65 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-1” nasos stansiyasının, Aşağı Qışlaq, Daylaqlı, Külüs kəndlərinin və Şahbuz şəhər subartezian quyularının təzyiqli boru xətlərinin 0,09 km hissəsində, Culfa rayonunda “Culfa-1”, “Yaycı-1” və “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,3 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,13 km hissəsində, Naxçıvan şəhərində “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xəttinin isə 0,5 km hissəsində təmir-bərpa işləri aparılmışdır.

2024-cü ilin may ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 1 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 130 m kürə təmizlənmiş, 17  m saybənd hörülmüşdür.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla, 62 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Ordubad rayonunun Düylün kəndində su təminatının yaxşılaşdırılması məqsədilə 1 subartezian quyusunun qazma işləri yekunlaşmışdır.

Agentliyin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 2 ədəd nasos rotoru, 1 ədəd elektrik mühərriki təmir olunmuşdur.

 

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 58 evin içməli su xəttinə, 388 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.

 

Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. May ayı ərzində 3 dəfə Naxçıvan Televiziyasına, 1 dəfə Azərbaycan Televiziyasına müsahibə verilmiş, Şərq qapısı qəzetində 7 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.