2024-cü ilin noyabr ayı ərzində görülən işlər haqqında məlumat

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin noyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.

2024-cü ilin noyabr ayının sonunda su anbarlarında 145,32 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə noyabr ayı ərzində 22,75 mln m3 su verilmiş, bunun müqabilində 18 294 ha torpaq sahəsi suvarılmışdır.

2024-cü ilin noyabr ayı ərzində 0,31 km selə qarşı istiqamətləndirici bənd tikilmiş, 21,06 km beton və torpaq kanallar, 41,38 km ara arxlar, 5 km kollektor lildən təmizlənmiş, 2,76 km içməli su, 0,25 km kanalizasiya, 0,45 km təzyiqli boru xətti çəkilmiş, 0,79 km mövcud içməli su xətlərində, 0,08 km kanalizasiya xətlərində, 0,43 km kaptajlarda, suvarma boru xətlərinin 0,34 km hissəsində və təzyiqli boru xətlərinin 1,1 km hissəsində təmir-bərpa işləri aparılmışdır.

Şərur rayonunda kanallarda 4,4 km, kəndlərin ara arxlarında 4,8 km, Babək rayonunda kanallarda 5,67 km kəndlərin ara arxlarında 23,58 km, Culfa rayonunda kanallarda 5,59 km, kəndlərin ara arxlarında 0,59 km, Naxçıvan şəhəri ərazisində kanallarda 0,5 km, ara arxlarda 0,25 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 2,91 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 8 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 1,25 km, Sədərək rayonunda kanallarda isə 4,9 km lildən təmizlənmə işləri aparılmışdır.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Dəmirçi kollektorunda 2,2 km, Babək rayonunda Nehrəm kollektorunda 1,2 km, Naxçıvan şəhəri ərazisində yerləşən Qaraxanbəyli kollektorunda 0,8 km, Qaraçuq kollektorunda isə 0,8 km kollektor lildən təmizlənmişdir.

 Görülən işlər nəticəsində Şərur rayonunun 27 ha, Babək rayonunun 10 ha, Naxçıvan şəhər ərazisinin isə  15 ha olmaqla, ümumilikdə, 52 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda 80 m, Şahbuz rayonunda isə 230 m m selə qarşı istiqamətləndirici bənd qurulmuşdur.

Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,07 km, Şahbuz rayonunda 0,01 km, Culfa rayonunda isə 0,02 km yeni içməli su xətti çəkilmişdir. Şərur rayonunda 0,06 km, Babək rayonunda 0,25 km, Culfa rayonunda 0,14 km, Ordubad rayonunda 0,18 km, Sədərək rayonunda 0,07 km, Kəngərli rayonunda isə 0,08 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.

Bundan əlavə, muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonun Vayxır kəndində yeni qazılmış subartezian quyusundan 1632 m uzunluğunda, Sirab kəndində vətandaşların öz vəsaiti hesabına qazdırdığı subartezian quyusundan isə 1020 m uzunluğunda yeni suaparıcı boru xətti çəkilmişdir.

Babək rayonunda Cəhri qəsəbə kaptajınada 150 m, Babək şəhər kaptajında 120 m, Culfa rayonunda Milax kənd kaptajında 12 m, Saltaq kənd kaptajında 42 m, Ordubad rayonunda Düylün kənd kaptajında 10 m, Biləv kənd kaptajında isə 100 m təmir-bərpa işləri aparılmışdır.

Babək rayonunda Şəkərabad kəndində 68 m, Qoşadizə kəndində 12 m, Babək şəhərində 146 m, Şahbuz şəhərində 5 m, Culfa şəhərində 14 m yeni kanalizasiya xətti çəkilmişdir. Bunla yanaşı mövcud kanalizasiya xətlərinin Babək şəhərində 25 m, Şəkərabad kəndində 20, Şahbuz şəhərində 12 m, Ordubad şəhərində isə 20 m hissəsində təmir işləri aparılmışdır.

Suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Mövcud suvarma boru xətlərinin Şərur rayonunda 26 m, Babək rayonunda 90 m, Şahbuz rayonunda 15 m, Culfa rayonunda 36 m, Ordubad rayonunda 30 m, Kəngərli rayonunda isə 140 m  hissəsində təmir-bərpa işləri aparılmışdır.

Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində mövcud yaşıllıq zolaqlarında suvarma boru xətlərinin 90 m hissəsində təmir-bərpa işləri aparılmışdır.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmiş və yeni təzyiqli boru xətti çəkilmişdir. Belə ki, Şahbuz rayonunun Kiçikoba kəndində mövcud subartezian quyusundan 450 m uzunluğunda suaparıcı boru xətti çəkilmişdir. Şərur rayonunda “Zeyvə-1”, “Ərəbyengicə”, “Muğanlı”, “Qorçulu”, “Həmzəli-1”, və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,05 km hissəsində, Babək rayonunda “Araz-1”, “Cəhri-1” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,28 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərinin 0,04 km hissəsində, Culfa rayonunda “Culfa-1”, “Yaycı-3” və “Bənəniyar” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,13 km hissəsində, Ordubad rayonunda “Dəstə-1” nasos stansiyasının təzyiqli boru xəttinin 0,05 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1” və “Şahtaxtı” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,1 km hissəsində, Naxçıvan şəhərində “Qaraçuq-1”, “Qaraçuq-2” və “Azərbaycan” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,45 km hissəsində təmir-bərpa işləri aparılmışdır.

2024-cü ilin noyabr ayı ərzində 4 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 1 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 89 m kürə təmizlənmiş, 6 m saybənd hörülmüşdür. Bundan əlavə, Kəngərli rayonunun Xok kəndində yerləşən “İsaxan” kəhrizinə diametri 300 mm olan 30 m uzunluğunda asbest boru quraşdırılaraq təmir olunmuşdur.

 Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 27 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, Şahbuz rayonunun Sələsüz kəndinin su təminatını yaxşılaşdırmaq üçün Daylaqlı kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılmış, həmçinin Culfa rayonunun Əbrəqunus kəndində yeni qazılmış subartezian quyusuna nasos aqreqatı quraşdırılmış və elektrik təchizatı ilə təmin olunmuşdur.

Agentliyin tabe idarələrinin təmir sexləri tərəfindən 3 ədəd avtokran, 5 ədəd avtomaşın, 4 ədəd ekskovator, 1 ədəd avtomobil, 14 ədəd su sayğacı, 1 ədəd rotor, 1 ədəd elektrik mühərriki əsaslı təmir olunmuşdur.

Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Noyabr ayı ərzində 7 dəfə Naxçıvan Televiziyasına, 1 dəfə Azərbaycan Televiziyasına müsahibə, Şərq qapısı qəzetində 4 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.