Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin oktyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
2024-cü ilin oktyabr ayının sonunda su anbarlarında 180,78 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə oktyabr ayı ərzində 15,88 mln m3 su verilmiş, bunun müqabilində 12 792 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin oktyabr ayı ərzində 0,18 km selə qarşı istiqamətləndirici bənd tikilmiş, 10,9 km beton və torpaq kanallar, 27,46 km ara arxlar, 3,7 km kollektor lildən təmizlənmiş, 3,48 km içməli su, 0,21 km kanalizasiya xətti çəkilmiş, 0,55 km mövcud içməli su xətlərində, 0,2 km kanalizasiya xətlərində, 0,24 km kaptajlarda, suvarma boru xətlərinin 1,29 km hissəsində və təzyiqli boru xətlərinin 1,63 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 4,1 km, kəndlərin ara arxlarında 6,55 km, Babək rayonunda kanallarda 3 km kəndlərin ara arxlarında 11,93 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 0,08 km, Ordubad rayonunda kəndlərin ara arxlarında 6,3 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 2,6 km, Culfa rayonunda kanallarda 1,7 km, Sədərək rayonunda kanallarda isə 2,1 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Dəmirçi kollektorunda 2,7 km, Babək rayonunda Nehrəm kollektorunda isə 1 km kollektor lildən təmizlənmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 33 ha, Babək rayonunun isə 15 ha, olmaqla, ümumilikdə, 48 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda 127 m, Naxçıvan şəhərində isə 50 m selə qarşı istiqamətləndirici bənd qurulmuşdur.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,01 km, Babək rayonunda 0,07 km, Şahbuz rayonunda 0,12 km yeni içməli su xətti çəkilmişdir. Şərur rayonunda 0,05 km, Babək rayonunda 0,19 km, Şahbuz rayonunda 0,02 km, Culfa rayonunda 0,06 km, Ordubad rayonunda 0,17 km, Kəngərli rayonunda isə 0,07 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Bundan əlavə, muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Culfa rayonunun Bənəniyar kəndində 1050 m uzunluğunda, Əbrəqunus kəndində yeni qazılmış subartezian quyusundan 800 m uzunluğunda, Ordubad rayonunun Düylün kəndində isə yeni qazılmış subartezian quyusundan 1430 m uzunluğunda yeni içməli su xətti çəkilmişdir.
Babək rayonunda Cəhri qəsəbə kaptajınada 40 m, Aşağı Buzqov kənd kaptajında 50 m, Şahbuz rayonunda Ağbulaq kənd kaptajında 10 m, Culfa rayonunda Kırna kənd kaptajında 25 m, Ordubad rayonunda Gilənçay kənd kaptajında 100 m, Parağa kənd kaptajında isə 10 m təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunda Şəkərabad kəndində 18 m, Şıxmahmud kəndində 56 m, Babək şəhərində 102 m, Şahbuz şəhərində isə 30 m yeni kanalizasiya xətti çəkilmişdir. Bunla yanaşı mövcud kanalizasiya xətlərinin Ordubad şəhərində 200 m hissəsində təmir işləri aparılmışdır.
Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Mövcud suvarma boru xətlərinin Babək rayonunda 505 m, Şahbuz rayonunda 11 m, Ordubad rayonunda 400 m, Kəngərli rayonunda isə 375 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində mövcud yaşıllıq zolaqlarında suvarma boru xətlərinin 500 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Belə ki, Şərur rayonunda “Zeyvə-1”, “Zeyvə-2”, “Muğanlı”, “Həmzəli-1”, və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,04 km hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Qoşadizə”, “Hacıvar” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,59 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Daylaqlı”, “Şahbuzkənd” və “Naxçıvani” nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərinin 0,06 km hissəsində, Culfa rayonunda “Culfa-1”, “Yaycı-3” və “Bənəniyar” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,28 km hissəsində, Ordubad rayonunda “Əylis-1” və “Dəstə-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,2 km hissəsində, Sədərək rayonunda “Sədərək-2” və “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,02 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Böyükdüz” “Qıvraq-2”, nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,1 km hissəsində, Naxçıvan şəhərində “Qaraçuq-2”, “Azərbaycan” və “Sərhəd dəstəsi” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,35 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin oktyabr ayı ərzində 4 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 2 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 135 m kürə təmizlənmiş, 21 m saybənd hörülmüşdür. Bundan əlavə, Aşağı Əylis kəndində yerləşən “Gülbəsər” kəhrizinin cari təmiri üçün diametri 800 mm olan 5 m uzunluğunda dəmir boru, diametri 330 mm olan 50 m uzunluqda plastik boru istifadə olunmuşdur.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 5 ədədinə yeni nasos quraşdırılmaqla, 59 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Culfa rayonunun Əbrəqunus kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılmış, Şahbuz rayonunun Sələsüz kəndi ərazisində isə 1 yeni subartezian quyusunun qazılmasına başlanılmışdır.
Agentliyin tabe idarələrinin təmir sexləri tərəfindən 31 ədəd sayğac, 1 ədəd rotor əsaslı təmir olunmuş və 3 ədəd nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində son tamamlanma işləri görülərək içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılmışdır.
Şahbuz rayonu ərazisində yerləşən “Qanlıgöl” su anbarı uzun müddət təmir olunmadığından su anbarının suburaxıcı qülləsi istifadəyə yararsız hala düşmüşdür. Suburaxıcı qüllə ətrafında sızmaların qarşısını almaq və dayanıqlığı təmin etmək məqsədilə təmir-bərpa işləri aparılmışdır. Belə ki, suburaxıcı qüllənin dib ətrafı boyu beton konstruksiyalarla istinad divarları tikilərək bərpa olunmuşdur.
Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Oktyabr ayı ərzində 8 dəfə Naxçıvan Televiziyasına müsahibə, Şərq qapısı qəzetində 7 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.