Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin sentyabr ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Agentliyin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilmiş, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülmüşdür. Hidrotexniki qurğularda təmir işləri aparılmış, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilmişdir.
2024-cü ilin sentyabr ayının sonunda su anbarlarında 196,13 mln m3 su ehtiyatı mövcud olmuşdur. Su istifadəçilərinə sentyabr ayı ərzində 20,76 mln m3 su verilmiş, bunun müqabilində 16 695 ha torpaq sahəsi suvarılmışdır.
2024-cü ilin sentyabr ayı ərzində 1,21 km selə qarşı istiqamətləndirici bənd tikilmiş, 23,18 km beton və torpaq kanallar, 14,71 km ara arxlar, 4,25 km kollektor lildən təmizlənmiş, 4,15 km içməli su, 0,17 km kanalizasiya xətti çəkilmiş, 0,06 km kaptaj tikilmiş, 1,82 km mövcud içməli su xətlərində, 0,11 km kanalizasiya xətlərində, 0,34 km kaptajlarda, suvarma boru xətlərinin 0,41 km hissəsində və təzyiqli boru xətlərinin 1,19 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 5,1 km, kəndlərin ara arxlarında 2,5 km, Babək rayonunda kanallarda 8,88 km kəndlərin ara arxlarında 1,78 km, Şahbuz rayonunda kəndlərin ara arxlarında 0,05 km, Culfa rayonunda kanallarda 0,6 km, Ordubad rayonunda kanallarda 2,9 km, kəndlərin ara arxlarında 6,8 km, Sədərək rayonunda kanallarda 1,7 km, kəndlərin ara arxlarında 1,8 km, Kəngərli rayonunda kəndlərin ara arxlarında 1,78 km, Naxçıvan şəhəri ərazisində olan kanallarda isə 4 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir. Belə ki, Ordubad şəhəri ərazisində yerləşən “Bazar” arxının uçqun zamanı zərər görmüş 40 m hissəsi bərpa olunmuşdur.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Dəmirçi kollektorunda 1,2 km, Kərimbəyli kollektorunda 1,6 km, Qorçulu kollektorunda 0,8 km olmaqla, Şərur rayonu üzrə ümumilikdə, 3,6 km, Babək rayonunda “Əshabi-kəhf” ziyarətgahı yaxınlığında yerləşən kollektorda 0,25 km, Naxçıvan şəhəri ərazisində yerləşən “Azərbaycan” nasos stansiyası yaxınlığında yerləşən kollektorda 0,4 km kollektor lildən təmizlənmişdir.
Görülən işlər nəticəsində Şərur rayonunun 43 ha, Naxçıvan şəhərinin 5 ha, olmaqla, ümumilikdə, 48 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda 85 m, Şahbuz rayonunda isə 1120 m selə qarşı istiqamətləndirici bənd qurulmuşdur.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Babək rayonunda 0,24 km, Şahbuz rayonunda 0,05 km, Culfa rayonunda 0,02 km yeni içməli su xətti çəkilmişdir. Şərur rayonunda 0,05 km, Babək rayonunda 0,08 km, Şahbuz rayonunda 0,01 km, Culfa rayonunda 0,33 km, Ordubad rayonunda 1,3 km, Kəngərli rayonunda isə 0,06 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır.
Bundan əlavə, muxtar respublikada içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Qaraqala kəndi üçün yeni qazılmış subartezian quyusundan 1000 m uzunluğunda, adıçəkilən kəndlərdə yerləşən mövcud subartezian quyularından Məmmədsabir kəndinə 370 m uzunluğunda, Kalbaoruc kəndinə 100 m uzunluğunda, Zeynəddin kəndində məktəbə 400 m uzunluğunda, Culfa rayonunun Bənəniyar kəndində 570 m uzunluğunda, Şahbuz rayonunda isə “Cin dağı” adlanan ərazidə rayon mərkəzi və ətraf kəndlərini içməli su ilə təmin etmək məqsədilə yeni tikilən kaptajdan 1400 m uzunluğunda yeni içməli su xətti çəkilmişdir.
Şahbuz rayonunda “Cin dağı” adlanan ərazidə 60 m uzunluğunda yeni kaptaj tikilmişdir. Babək rayonunda Nehrəm qəsəbə kaptajınada 40 m, Payız kənd kaptajında 20 m, Şahbuz rayonunda Sələsüz kənd kaptajında 10 m, Culfa rayonunda Kırna kənd kaptajında 18 m, Milax kənd kaptajında 20 m, Xanəgah kənd kaptajında 12 m, Ləkətağ kənd kaptajında 22 m, Ordubad rayonunda Parağa və Düylün kənd kaptajlarında hər birində 100 m təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunda Şəkərabad kəndində 60 m, Arazkənddə 12 m, Qoşadizə kəndində 20 m, Xəlilli kəndində 18 m, Şıxmahmud kəndində 30 m, Culfa şəhərində isə 32 m yeni kanalizasiya xətti çəkilmişdir. Bunla yanaşı mövcud kanalizasiya xətlərinin Babək şəhərində 10 m, Şıxmahmud kəndində 4 m, Ordubad şəhərində isə 100 m hissəsində təmir işləri aparılmışdır.
Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılmışdır. Mövcud suvarma boru xətlərinin Şərur rayonunda 25 m, Babək rayonunda 28 m, Şahbuz rayonunda 10 m, Culfa rayonunda 119 m, Ordubad rayonunda 170 m, Kəngərli rayonunda isə 60 m hissəsində təmir-bərpa işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Belə ki, Şərur rayonunda “Zeyvə-1”, “Zeyvə-2”, “Alışar”, “Qorçulu”, və “Həmzəli-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,06 km hissəsində, Babək rayonunda “Araz-1”, “Araz-2”, “Qoşadizə”, “Hacıvar”, “Şəkərabad” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,37 km hissəsində, Şahbuz rayonunda “Əcəmi-1”, “Əcəmi-2”, “Daylaqlı”, “Şahbuzkənd” nasos stansiyalarının və subartezian quyularının təzyiqli boru xətlərinin 0,07 km hissəsində, Culfa rayonunda “Culfa-1” və “Gülüstan” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,03 km hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Böyükdüz” “Şahtaxtı”, “4№-li” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,32 km hissəsində, Naxçıvan şəhərində “Qaraçuq-1”, “Qaraçuq-2”, “Azərbaycan”, və “Şıxmahmud-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin isə 0,35 km hissəsində təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin sentyabr ayı ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılmış, 1 kəhrizdə isə işlər davam etdirilmişdir. Kəhrizlərdə 106 m kürə təmizlənmiş, 42 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 6 ədədinə yeni nasos quraşdırılmaqla, 55 ədədi əsaslı təmir olunmuşdur. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Vayxır kəndində 1 yeni subartezian quyusunun qazma işləri başa çatdırılmış, Cullfa rayonunun Əbrəqunus kəndində isə 1 yeni subartezian quyusunun qazılmasına başlanılmışdır.
Agentliyin tabe idarələrinin təmir sexləri tərəfindən 1 ədəd avtomobil, 2 ədəd avtokran, 3 ədəd ekskovator, 2 ədəd avtomaşın, 1 ədəd qazma aqreqatı, 1 ədəd rotor əsaslı təmir olunmuşdur.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 16 evin içməli su xəttinə, 30 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində Agentlik və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Sentyabr ayı ərzində 2 dəfə Naxçıvan Televiziyasına müsahibə, 1 dəfə Azərbaycan televiziyasında reportaj verilmiş, Şərq qapısı qəzetində 7 xəbər və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.