Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin suvarma mövsümünə hazırlıqla əlaqədar olaraq Cəmiyyətin tabe idarələri tərəfindən ilin əvvəlindən tərtib olunmuş təmir qrafikinə uyğun olaraq yanvar ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə işləri görülmüş, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işlərinə başlanılmış, su anbarlarına suyun yığılması həyata keçirilmişdir.
Muxtar respublikanın mövcud su anbarlarında 2024-cü ilin yanvar ayının sonuna 87,75 mln m3 su ehtiyatı toplanmışdır.
2024-cü ilin yanvar ayı ərzində 0,11 km seləqarşı istiqamətləndirici bənd tikilmiş, 19,39 km beton və torpaq kanallar, 15,06 km ara arxlar, 1,8 km kollektor lildən təmizlənmiş, 5,31 km içməli su, 0,1 km kaptaj xətləri çəkilmiş, 1,25 km mövcud içməli su xətlərində, 0,03 km kanalizasiya xətlərində, 0,65 km təzyiqli boru xətlərində, 0,27 km isə kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Şərur rayonunda kanallarda 7,6 km, kəndlərin ara arxlarında 3,5 km, Babək rayonunda kanallarda 1,2 km, kəndlərin ara arxlarında 4,28 km, Şahbuz rayonunda kanallarda 0,96 km, kəndlərin ara arxlarında 0,78 km, Culfa, Sədərək rayonlarında kanallarda müvafiq olaraq 4,43, 5,2 km, Ordubad, Kəngərli rayonlarında kəndlərin ara arxlarında müvafiq olaraq 5,4 və 1,1 km lildən təmizlənmə işləri aparılmışdır.
Torpaq sahələrinin su ilə təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilmişdir.
Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənmişdir. Şərur rayonunda Qorçulu kollektorunda 1,8 km lildən təmizləmə işləri aparılmışdır.
Görülən işlər nəticəsində Şərur rayonunun 22 ha torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.
Torpaq sahələrini və yaşayış məntəqələrini sel sularının zərərli təsirindən qorumaq məqsədi ilə Babək rayonunda Naxçıvançayda 110 m seləqarşı istiqamətləndirici bənd tikilmişdir.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilmiş, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilmişdir. Şərur rayonunda 0,2 km, Babək rayonunda 0,56 km, Ordubad rayonunda 0,06 km, içməli su xətləri çəkilmiş, Şərur rayonunda 0,07 km, Babək rayonunda 0,36 km, Şahbuz rayonunda 0,06 km, Culfa rayonunda 0,23 km, Ordubad rayonunda 0,5 km, Kəngərli rayonunda isə 0,04 km mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, Babək rayonunun Çeşməbasar kəndində içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 3288 m yeni ana boru xətti, Ordubad rayonunun Dəstə kəndini içməli su ilə təmin etmək üçün isə yeni tikilmiş kaptajdan 1200 m sugətirici boru xətti çəkilmişdir.
Ordubad rayonunun Dəstə kəndi ərazisində 100 m yeni kaptaj tikilmiş, Babək rayonunun Cəhri qəsəbə kaptajında 150 m, Culfa rayonunun Qızılca kənd kaptajında 87 m, Əlincə kənd kaptajında isə 30 m olmaqla, ümumilikdə, Culfa rayonunda 117 m kaptajlarda təmir-bərpa işləri aparılmışdır.
Babək rayonunun Şıxmahmud kəndində 12 m, Babək şəhərində isə 18 m olmaqla, ümumilikdə, 30 m mövcud kanalizasiya xətlərində təmir işləri aparılmışdır.
Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilmişdir. Şərur rayonunda “Həmzəli-2”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,37 km, Şahbuz rayonunda “Mahmudoba” nasos stansiyasının və Şada kəndinin subartezian quyusunun təzyiqli boru xətlərində 0,04 km, Culfa rayonunda Bənəniyar su anbarının, Kırna və Bənəniyar nasos xətlərinin təzyiqli boru xətlərində 0,13 km, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,11 km təmir-bərpa işləri aparılmışdır.
2024-cü ilin yanvar ayı ərzində 2 kəhrizdə cari təmir işləri aparılmış, ay ərzində kəhrizlərdə 340 m kürə təmizlənmiş, 4 m saybənd hörülmüşdür.
Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 2 ədədinə yeni nasos quraşdırılmaqla, 34 ədədi əsaslı təmir olunmuşdur.
Cəmiyyətin Texniki Nəzarət, Hidrotexniki Qurğuların və Subartezian Quyuların Təmiri İdarəsinin təmir sexləri tərəfindən 4 ədəd nasos rotoru, 1 dəst yarımmufta, 2 ədəd ekektrik mühərriki, 8 ədəd su sayğacı təmir olunmuş, 40 ədəd nasos hissəsi hazırlanmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilmişdir. Ərazidə 50 evin içməli su xəttinə, 139 evin isə kanalizasiya xəttinə birləşməsi aparılmışdır.
Meliorasiya və su təsərrüfatı sahəsində cəmiyyət və tabe idarələri tərəfindən görülmüş işlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılır. Yanvar ayı ərzində 5 dəfə Naxçıvan Televiziyasına, 1 dəfə Naxçıvan Radiosuna, 1 dəfə isə Azərbaycan Televiziyasına müsahibə verilmişdir. Şərq qapısı qəzetində 4 məqalə və 1 statistik hesabat tipli xəbər dərc olunmuşdur.