Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu
istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri
layihələr icra edilmişdir. Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənmiş, məhdud şirin su
ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış
və müasirləşdirilmişdir.
Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun
yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması,
digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının
inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması
respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da
yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq
edilməlidir.
Ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, su ehtiyatlarının
artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı
balansını təsdiq etsin;
2.2. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə
qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin və təsərrüfat subyektləri
arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etsin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya (bundan sonra - Komissiya):
3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının)
fəaliyyətini əlaqələndirsin və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat
təqdim etsin;
3.2. suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni
təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər
və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
4.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planının 4.5-ci, 4.6-cı, 5.1-ci, 5.3-cü, 5.4-cü və 5.5-ci
bəndlərində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı torpaqların dövlət kadastrı və daşınmaz əmlakın dövlət
reyestri üzrə müvafiq məlumatların “Azmelsutəsərrüfat” ASC-yə və “Azərsu” ASC-yə təqdim olunmasını təmin etsin;
4.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası üçün
tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
5. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin
edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2020-ci il
􀀀 2178
Azərbaycan Respublikası Prezidentinin
27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı
ilə
təsdiq edilmişdir
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün
TƏDBİRLƏR PLANI
􀀀 Tədbirin adı İcraçılar İcra müddəti
1. Su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi və onlardan davamlı istifadə
1.1. Su ehtiyatlarının qiymətləndirilməsi,
inventarlaşdırılması, modelləşdirilməsi və bununla
bağlı məlumatların “Elektron su təsərrüfatı”
informasiya sisteminə inteqrasiyası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi,
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
2020–2022
1.2. Ölkənin əsas su və su təsərrüfatı obyektlərində su
ehtiyatlarının qiymətləndirilməsi üçün müasir
texnologiyalara əsaslanan ölçmə cihazlarının
quraşdırılması, istismarı, ölçmələrə nəzarətin həyata
keçirilməsi və bununla bağlı məlumatların onlayn
rejimdə “Elektron su təsərrüfatı” informasiya sisteminə
inteqrasiyası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi, Energetika
Nazirliyi, “Azmelsutəsərrüfat” ASC,
“Azərsu” ASC, “Azərenerji” ASC,
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
2020-ci ilin
avqust–dekabr
ayları
1.3. Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və
davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın
gücləndirilməsinə dair təkliflərin Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Xarici İşlər Nazirliyi
2020-ci ilin
avqust–dekabr
ayları
1.4. Ölkənin əsas hidroqovşaqlarının texniki
təhlükəsizliyinin qiymətləndirilməsi və müvafiq
təkliflərin Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilməsi
Fövqəladə Hallar Nazirliyi, Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
“Azərenerji” ASC, “Azmelsutəsərrüfat”
ASC
2020–2022
1.5. Hidrotexniki qurğuların mühafizəsinin gücləndirilməsi
və həmin qurğulara mümkün mənfi təsirin qarşısının
alınması baxımından qum-çınqıl karxanalarının
fəaliyyətinə nəzarət mexanizmlərinin
təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik
edilməsinə dair təkliflərin Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edilməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
2020-ci ilin
avqust–sentyabr
ayları
1.6. Alternativ mənbələrdən, o cümlədən, qrunt,
təmizlənmiş tullantı, kollektor-drenaj sularından,
balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edilməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası,
“Azmelsutəsərrüfat” ASC, “Azərsu”
ASC, yerli icra hakimiyyəti orqanları
2020-ci ilin
avqust–oktyabr
ayları
1.7. Ölkə ərazisində antropogen təsirlər nəticəsində
formalaşan sututarların suyundan istifadə
imkanlarının araşdırılması və müvafiq tədbirlər
görülməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
“Azmelsutəsərrüfat” ASC, “Azərsu”
ASC
2020-ci ilin
avqust–dekabr
ayları
1.8. Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış
suları hesabına formalaşan qrunt sularının tullantı
suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin
sulardan istifadə imkanlarının araşdırılması və
müvafiq tədbirlər görülməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
“Bakı Metropoliteni” QSC, “Azərsu”
ASC, Bakı Şəhər İcra Hakimiyyəti mütəmadi
1.9. Subartezian və artezian quyularının sifarişi,
layihələndirilməsi, qazılması və istismarı qaydasının
layihəsinin Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat
Nazirliyi, “Azmelsutəsərrüfat” ASC,
“Azərsu” ASC
2020-ci ilin
avqust–oktyabr
ayları
1.10. Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş
suqəbuledici qurğusunun yenidən qurulması
Fövqəladə Hallar Nazirliyi,
“Azmelsutəsərrüfat” ASC, “Azərenerji”
ASC
2020-ci ilin
avqust–dekabr
ayları
2. Su təsərrüfatının elektronlaşdırılması, uçotun təkmilləşdirilməsi və informasiya təminatı
2.1. “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında
əsasnamə layihəsinin Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi
2020-ci ilin
avqust–dekabr
ayları
2.2. “Elektron su təsərrüfatı” informasiya sisteminin
(ESTİS) yaradılması, ölkə üzrə su təsərrüfatı balansının
elektronlaşdırılaraq ESTİS-ə daxil edilməsi və müvafiq
informasiya sistemlərinin Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə ESTİS-ə inteqrasiyası
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi, “Azmelsutəsərrüfat” ASC,
“Azərsu” ASC
2020-ci ilin avqust
ayı
2.3. Fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su
təsərrüfatı obyektlərindən nəzarətdənkənar istifadənin
aradan qaldırılması, inventarlaşdırmanın aparılması,
uçotun təkmilləşdirilməsi üçün təxirəsalınmaz
tədbirlər görülməsi və bu istiqamətdə təkliflərin
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edilməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Fövqəladə Hallar Nazirliyi,
“Azmelsutəsərrüfat” ASC, “Azərsu”
ASC, yerli icra hakimiyyəti orqanları
2020-ci ilin avqust
ayı
2.4. “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli
Strategiya”nın layihəsinin Azərbaycan Respublikasının
Prezidentinə təqdim edilməsi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,
Maliyyə Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası,
“Azmelsutəsərrüfat” ASC, “Azərsu”
ASC, “Azərenerji” ASC
2020 – 2021
3. Energetika sahəsində su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması
3.1. İstilik elektrik stansiyalarının soyutma sistemlərinin
müasirləşdirilməsi ilə bağlı təkliflərin Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi
Energetika Nazirliyi, “Azərenerji” ASC 2020-ci ilin avqust
– dekabr ayları
3.2. İstilik elektrik stansiyalarında soyutma məqsədilə
sudan qənaətli istifadənin təmin edilməsi ilə bağlı
təkliflərin Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə təqdim edilməsi
Energetika Nazirliyi, “Azərenerji” ASC 2020-ci ilin
avqust–dekabr
ayları
3.3. Ölkə üzrə elektrik enerjisi tezliyinin müstəqil
tənzimlənməsi ilə bağlı təkliflərin Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi
Energetika Nazirliyi, “Azərenerji” ASC 2020-ci ilin
avqust–dekabr
ayları
4. Suvarma üçün sudan səmərəli və qənaətli istifadənin təmin edilməsi, su ehtiyatlarının yaradılması
4.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən
suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi
ilə bağlı təkliflərin Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi
2020-ci ilin
avqust–oktyabr
ayları
4.2. Suvarma suyundan güzəştli istifadənin yeni mexanizmi
ilə bağlı təkliflərin Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edilməsi
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat
Nazirliyi, Maliyyə Nazirliyi,
“Azmelsutəsərrüfat” ASC
2020-ci ilin
avqust–dekabr
ayları
4.3. Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün
suvarma qrafiklərinin tərtibi, mütəmadi yenilənməsi
və “Elektron kənd təsərrüfatı” informasiya sisteminə
(EKTİS) inteqrasiyası
[1]
Kənd Təsərrüfatı Nazirliyi,
“Azmelsutəsərrüfat” ASC
mütəmadi
4.4. Suvarılan torpaqlarda əkin strukturunun müəyyən
edilməsi və ona uyğun tərtib olunan suvarma qrafikləri
əsasında suvarma dövrü başlamamışdan üç ay əvvəl
kənd təsərrüfatı bitkilərinin suvarılması üçün tələb
olunan su sifarişinin formalaşdırılması və suyun
verilməsinin bu sifarişə uyğun həyata keçirilməsi
Kənd Təsərrüfatı Nazirliyi,
“Azmelsutəsərrüfat” ASC
mütəmadi
4.5. Su itkilərinin azaldılması və torpaqların meliorativ
vəziyyətinin yaxşılaşdırılması məqsədilə bu Tədbirlər
Planına Əlavə 1-də nəzərdə tutulan hidroqovşaq,
kollektor və suvarma kanallarının yenidən qurulması
üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və
layihələndirmənin həyata keçirilməsi
“Azmelsutəsərrüfat” ASC, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi 2020 – 2021
4.6. Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə
dağ çayları sularının yığılması üçün relyefə uyğun bu
Tədbirlər Planına Əlavə 2-də nəzərdə tutulan su
anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi
əsaslandırmanın hazırlanması və layihələndirmənin
həyata keçirilməsi
“Azmelsutəsərrüfat” ASC, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi 2020–2021
5. İçməli su təchizatı sisteminin təkmilləşdirilməsi
5.1. II Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə
bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və
layihələndirmənin həyata keçirilməsi
“Azərsu” ASC, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi
2020-ci ilin
avqust–sentyabr
ayları
5.2. Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı
proqramın icrasının başa çatdırılması
“Azərsu” ASC 2020-ci il dekabrın
1-dək
5.3. Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının
artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın
hazırlanması və layihələndirmənin həyata keçirilməsi
“Azərsu” ASC, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi
2020-ci ilin
avqust–sentyabr
ayları
5.4. III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə
bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və
layihələndirmənin həyata keçirilməsi
“Azərsu” ASC, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi
2020-ci ilin
avqust–dekabr
ayları
5.5. İçməli su təchizatı layihələri icra edilmiş və icra
edilməsi nəzərdə tutulan şəhərlərin su mənbələrində
iqlim dəyişmələrinin təsiri (quraqlıq, sel-daşqın, suyun
keyfiyyəti və s.) qiymətləndirilməklə dayanıqlığın
təmin edilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın
hazırlanması və layihələndirmənin həyata keçirilməsi
“Azərsu” ASC, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi
2020-ci ilin
avqust–dekabr
ayları
5.6. Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür
çayından təmin edilən yaşayış məntəqələrinin su
təchizatının alternativ mənbələr hesabına təmin
edilməsi ilə bağlı təkliflərin Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi
“Azərsu” ASC, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi 2020-ci ilin
avqust–dekabr
ayları
5.7. İçməli su təchizatı sahəsində sayğaclaşmanın başa
çatdırılması
“Azərsu” ASC 2020 – 2021
5.8. Əhalinin içməli su ilə təmin olunması məqsədilə
regionlarda quraşdırılmış modul tipli sutəmizləyici
qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün
Tədbirlər Planının hazırlanması və icrasının təmin
edilməsi
“Azərsu” ASC, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi
mütəmadi
6. İnfrastruktur layihələrinin maliyyələşdirilməsi sahəsində səmərəliliyin artırılması
6.1. Su təsərrüfatı sahəsində infrastruktur layihələrinin
maliyyələşdirilməsi ilə bağlı dövlət investisiya
proqramının tərtibi və icrasına nəzarətin
gücləndirilməsi
İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi
mütəmadi
6.2. İçməli su təchizatı ilə bağlı bitmiş, davam edən və yeni
infrastruktur layihələrinin təhlil olunması və dövlət
investisiya proqramının tərtibi zamanı əhalinin artan
tələbatının nəzərə alınması
“Azərsu” ASC, İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi mütəmadi
7. Məlumatlandırma və maarifləndirmə
7.1. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
sahəsində görülən işlər barədə ictimaiyyətin
məlumatlandırılması
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, “Azmelsutəsərrüfat”
ASC, “Azərsu” ASC, “Azərenerji” ASC,
yerli icra hakimiyyəti orqanları
mütəmadi
7.2. Sudan istifadə ilə əlaqədar istehlakçıların
müraciətlərinin operativ qaydada qəbulu, baxılma və
cavablandırılması məqsədilə çağrı mərkəzinin müasir
tələblərə uyğun təşkili
“Azmelsutəsərrüfat” ASC, “Azərsu”
ASC 2020-ci ilin avqust
ayı
7.3. İçməli su təchizatı sahəsində sudan qənaətli və
səmərəli istifadə ilə bağlı istehlakçıların
maarifləndirilməsi
“Azərsu” ASC
mütəmadi
7.4. Sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri
üzrə növbəliliyə riayət olunması ilə bağlı kənd
təsərrüfatı məhsulları istehsalçılarının
maarifləndirilməsi
Kənd Təsərrüfatı Nazirliyi,
“Azmelsutəsərrüfat” ASC mütəmadi
7.5. Təhsil müəssisələrində su ehtiyatlarının idarə
olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı
maarifləndirmə tədbirlərinin həyata keçirilməsi
Təhsil Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi mütəmadi
8. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və deqradasiyasına, səhralaşmasına qarşı mübarizə[2]
8.1. Meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən
suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat
b a z a s ı n ı n formalaşdırılması, EKTİS-ə inteqrasiyası,
mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma
tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı
inkişaf təcrübəsi metodlarının torpaq istifadəçilərinə
öyrədilməsi
“Azmelsutəsərrüfat” ASC, Kənd
Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası, “Azərkosmos” ASC,
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi
2020–2022
8.2. Suvarılan torpaqların deqradasiyasına (şorlaşma,
şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə
məqsədilə yaxşılaşdırma tədbirlərinin həyata keçirilməsi
" A z m e l s u t ə s ə r r ü f a t " ASC, Kənd
Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası, "Azərkosmos" ASC
mütəmadi
8.3. İqlim dəyişikliyinə həssas, səhralaşma əlamətləri müşahidə
olunan riskli ərazilərin müəyyən edilərək məlumat
b a z a s ı n ı n yaradılması, xəritələşdirilməsi və EKTİS-ə
inteqrasiyası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, "Azmelsutəsərrüfat" ASC,
Azərbaycan Milli Elmlər Akademiyası,
"Azərkosmos" ASC, Azərbaycan
Resp u blikasın ın Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi
2020-2022
8.4. Səhralaşma prosesinin qarşısının alınması məqsədilə
tədbirlərin (meliorasiya və irriqasiya sistemlərinin
qurulması, adaptasiya olunan bitki növlərinə üstünlük və
əkin subsidiyası verilməsi, innovativ həllərin tətbiqi və s.)
həyata keçirilməsi
Kənd Təsərrüfatı Nazirliyi,
"Azmelsutəsərrüfat" ASC, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası
mütəmadi
8.1. Meliorativ vəziyyətinin yaxşılaşdırılması həyata keçirilən
suvarılan torpaq sahələrinin xəritələşdirilməsi, məlumat
b a z a s ı n ı n formalaşdırılması, EKTİS-ə inteqrasiyası,
mütəmadi monitorinqinin təşkili, yaxşılaşdırma
tədbirlərinin effektivliyinin yoxlanılması və dayanıqlı
i n k i şa f təcrübəsi metodlarının torpaq istifadəçilərinə
öyrədilməsi
“Azmelsutəsərrüfat” ASC, Kənd
Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Milli
Elmlər Akademiyası, “Azərkosmos” ASC,
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi
2020–2022
“Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178
nömrəli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına
Əlavə 1
Yenidən qurulması nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının
S İ Y A H I S I
1. Baş Muğan kanalı
2. Boztəpə kanalı
3. Rəsularx kanalı
4. Qızılarx kanalı
5. Yeni Cənubi Muğan kanalı
6. Köhnə Cənubi Muğan kanalı
7. Yeni Cənubi Muğan kanalının maşın qolu
8. Sabir kanalı
9. Aşağı Muğan kanalı
10. Akuşa kanalı
11. Türyançay Sağ Sahil kanalı
12. Türyançay Sol Sahil kanalı
13. Xanarx kanalı
14. Tərtərçay Sol Sahil kanalı
15. P-O kanalı
16. Köhnə Xanqızı kanalı
17. ÇTZ kanalı
18. Qızlıq kanalı
19. R-15 kanalı
20. Yuxarı Zeyxur kanalı
21. Bəhrəmtəpə hidroqovşağı
22. Mil-Qarabağ kollektoru.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27
iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilən
Tədbirlər Planına Əlavə 2
Dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının
S İ Y A H I S I
1. Əlicançay su anbarı
2. Qudiyalçay su anbarı
3. Vəlvələçay su anbarı
4. Qaraçay su anbarı
5. Qusarçay su anbarı
6. Ağsuçay su anbarı
7. Türyançay su anbarı
8. Yengicə su anbarı
9. Viləşçay su anbarı
10. Zəyəmçay su anbarı.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 11 dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, 􀀀 261)
SƏRƏNCAM EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
11 dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, 􀀀 261) ilə "Su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın 4.3-cü bəndə "sisteminə" sözündən sonra "(EKTİS)"
abreviaturası əlavə edilmişdir.
[2]
11 dekabr 2020-ci il tarixli 2340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 dekabr 2020-ci il, 􀀀 261) ilə "Su
ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"nın yeni məzmunda 8-ci hissə əlavə edilmişdir.