Kollektor-drenaj şəbəkəsi
events

Torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılması, artıq suların yığılaraq ərazidən kənarlaşdırılması kollektor-drenaj şəbəkəsi vasitəsilə həyata keçirilir. Açıq drenaj xətləri suyun arx və kanallarla, qapalı drenaj xətləri isə yeraltından çəkilən boru xətləri ilə buraxılmasıdır. Kollektor-drenaj şəbəkələrindən qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqları qrunt sularının təsirindən qorumaq üçün istifadə edilir. Muxtar respublika ərazisində son 15 il ərzində 54,57 km yeni açıq drenaj, 25,34 km yeni qapalı drenaj xətti çəkilmişdir.