
Təbii yolla suvarılması mümkün olmayan ərazilərin suvarma suyu ilə təmin edilməsi üçün mexaniki suvarma üsulundan istifadə edilir. Muxtar respublikanın əsas su mənbələri olan olan Araz, Arpaçay, Naxçıvançay çaylarında və süni yaradılmış su hövzələri üzərində quraşdırılan nasos stansiyaları suvarma və su təchizatı sistemlərinin su ilə təmin edilməsini həyata keçirir. Bundan başqa muxtar respublikada meliorativ tədbirlər aparılmış sahələrdə axıdılan kollektor-drenaj sularının nəql etdirilməsində də nasos stansiyalarından istifadə olunur. Naxçıvan Muxtar Respublikası ərazisinin 28934 hektar sahəsi texniki suvarma vasitəsilə suvarılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin balansında olan nasos stansiyaları
S/S |
Nasos stansiyaların göstəriciləri |
Ölçü vahidi |
Cəmi |
1. |
Nasos stansiyalarının sayı |
ədəd |
105 |
2. |
Aqreqatların sayı |
ədəd |
227 |