Subartezian quyuları
events

Muxtar respublikada suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularından həm də torpaq sahələrində qrunt sularının səviyyəsini aşağı salmaqla, şoranlaşmanın qarşısının alınması məqsədilə istifadə edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin balansında 926 ədəd subartezian quyusu vardır. Muxtar respublika ərazisində subartezian quyuları vasitəsilə suvarılan fiziki sahə təqribən 2389 hektardır.